"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə üzvü beynəlxalq yarışdan mükafatla qayıdıb

--2015-09-17 / 08:25

Yunanıstanın Rodes adasında keçirilərən I Beynəlxalq Kolosso Açıq şahmat Kuboku yarışları Azərbaycan şahmatçıları üçün uğurlu olub. Ölkəmizi həmin nüfuzlu yarışda təmsil edən Zeynəb və Türkan Məmmədyarova bacıları keçirdikləri 9 oyundan hərəyə 5,5  xal toplayaraq, 21 ölkəni təmsil edən 120-dən artıq şahmatçının iştirak etdiyi yarışda qadınlar arasında 2-3-cü yerləri bölüşüblər.

 Nəzərə alınsa ki, gərgin mübarizə şəraitində keçən yarışlarda 15 beynəlxalq titullu şahmatçı iştirak edirdi, onda sumqayıtlı bacıların bu uğurunun nə dərəcədə əhəmiyyətli olduğu aydın olar. Sumqayıt Bələdiyyəsinin sədr müavini, Beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova Almaniyadan, Fransadan, Yunanıstandan, Polşa və Macarıstandan olan güclü rəqiblərlə qarşılaşaraq, 5 oyunu udmuş, bir oyunu isə heç-heçə başa vurub.

şahmatçı bacılar Azərbaycana iki medalla qayıdıblar – Türkan 2-ci, Zeynəb isə 3-cü yeri tutub..

Qeyd edək ki, Azərbaycan və Avropa çempionu, beynəlxalq dərəcəli qrossmeyster olan Türkan Məmmədyarova bir müddət əvvəl Latviyada keçirilmiş şahmat festivalında olduğundan fərqli tərzdə və inamla oynayaraq, şəxsi nəticəsini xeyli yaxşılaşdırıb.

Bir arada maraqlı bir məqamıda qeyd etmək yerinə düşərdi. Belə ki, cəmi 3 aydır ki Məmmədyarovların şahmatçı dəstəsinə qoşulan 9 yaşlı Elton – Zeynəb xanımın oğlu beynəlxalq yarışda ilk debüt etməsinə baxmayaraq, özündən yaşlı olan rəqibləri ilə qarşılaşmada aktivinə ilk qələbəni daxil edə bilmiş, bir oyunu isə heç-heçə başa vurmuşdur.

Qarşıda Məmmədyarova bacılarını noyabr ayında islandiyada keçiriləcək qadın və kişi milli komandalarının Avropa çempionatı gözləyir. inanırıq ki,  onlar həmin yarışlarda da uğurla çıxış edəcək, əzmlə komandamızın daha yüksək nəticələr qazanmasına nail olacaqlar.

 Orxan MəMMəDZADə

                                                                                                                       

 

  

ŞƏRHLƏR