Sabunçu rayonu Bakıxanov bələdiyyəsi yeni təkliflə çıxış edib. Bələdiyyə sədri Ramiz Nəsibovun Belediyye.infoya verdiyi məlumata görə, bələdiyyənin növbəti iclasında müzakirə ediləcək məsələlərdən biri bələdiyyə üzvü olan qadınların iştirakıyla ictimai birliyin yaradılmasıdır.
Sədrin sözlərinə görə, Azərbaycan qadınları ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı fəal mövqeyi və rolu daim artmaqdadır. Bu proses bələdiyyə sitemində də özünü açıq-aydın göstərir. Belə ki, ilk dəfə keçirilən bələdiyyə seçkilərindən sonra yerli özünüidarəetmə orqanlarında təmsil olunan qadın bələdiyyə üzvlərinin sayı cəmi 4 faiz təşkil edirdisə, son seçkilərdə bu göstərici 35 faizədək artıb. Yəni bu gün bələdiyyə üzvlərinin 5600 nəfərini qadınlar təşkil edir.
Bələdiyyə inanır ki, yaradılacaq təşkilat qadınların bələdiyyə sisteminin inkişafındakı rolunu daha artıracaqdır.
Belediyye.info