Mahir Hacı oğlu Quliyev 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olub.
Ali təhsillidir.
1977-1979-cu illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olub.
əmək fəaliyyətinə 1975-1977-ci illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə olaraq başlayıb.
Hərbi xidmətdən qayıtdıqdan sonra 1980-1981-ci illərdə "Azərnəqliyyat" tikinti trestində usta, 1981-2005-ci illərdə isə o zamankı "26 Bakı Komissarı" adına rayonun ictimai iaşə idarəsi nəzdində müxtəlif vəzifələrdə çalışıb.
2004-ci ildə keçirilən bələdiyyə seçkilərində Səbail bələdiyyəsinin üzvü seçilib və 08.09. 2006-cı il tarixədək bələdiyyə sədrinin müavini postunu tutub.
08.09.2006 - 26.04.2011-ci illərdə Astara rayon icra Hakimiyyətinin Başçısı vəzifəsində çalışıb.
26 aprel 2011-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Biləsuvar Rayon icra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı var.