"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə üzvü sərgi təşkil edəcək

--2018-04-20 / 16:59

Xaçmaz bələdiyyəsinin üzvü Könül əsgərova əl işlərindən ibarət sərgi təşkil etmək niyyətindədir. Bu barədə Belediyye.infoya məlumatı özü verib.

Sayta açıqlamasında K.əsgərova bildirib ki, hələ uşaq yaşlarından tikmə işlərinə həvəsi olub və bu gün boş vaxtlarında bu sənətlə məşğul olur. Bələdiyyə üzvü qeyd edib ki, bununla bağlı Heydər əliyev Mərkəzində dərnək yaradıb və hazırda onlarca şagirdə bu sənətin sirrlərini öyrədir: “müəyyən təşkilatı işləri çatdıra bilsəm sərgi  iyun ayında keçirilə bilər.”

Qeyd edək ki, Könül əsgərova həmdə Xaçmaz rayonu Heydər əliyev Mərkəzinin rəhbəridir.

P.S. K.əsgərovanın əl işlərinin bəzilərini sizlərə təqdim edirik.

Belediyye.info

ŞƏRHLƏR