Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti ilham əliyev bir qrup respublikamızın ictimai həyatında səmərəli fəaliyyətlərinə görə münasibətilə “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Təltif edilənlər arasında YAP-ın Xəzər rayon təşkilatı idarə heyətinin üzvü, Xəzər rayon Mərdəkan bələdiyyəsinin sədr müavini Jalə əhmədova da vardır.
Bu gün keçirilən görüşdə mükafatlar sahiblərinə təqdim edilib.
Bununla bağlı Xəzər rayon Mərdəkan bələdiyyəsinin sədr müavini Jalə əhmədova sosial şəbəkədə təşəkkürünü bildirib:
“Bu gün, 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində, mənim fəaliyyətimə verilən qiymət mənə sonsuz qürur və sevinc hissi yaşatmaqla bərabər vətənim və dövlət başçısı qarşısında məsuliyyətimi ikiqat artırmış oldu.
Hesab edirəm ki, bu tək mənim deyil, bütövlükdə Mərdəkan bələdiyyəsinin və ümumilikdə Xəzər rayonunun fəaliyyətinə verilən bir qiymətdir.
Bunun üçün mən prezidentimiz cənab ilham əliyevə dərin minnətdarlığımı bildirirəm!
Eyni zamanda mənə göstərilən etimada görə, cənab Gülağa islamov başda olmaqla, Xəzər rayon icra Hakimiyyətinin aparatına təşəkkür edirəm!
Gələcək fəaliyyətimdə də bir Azərbaycan vətəndaşı kimi, bələdiyyə üzvü kimi üzərimə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacağam. “
Belediyye.info