sorğu
Xətai bələdiyyəsinin üzvü Səbinə Abdullayeva Azərbaycan Yazıçılar Birliyinin diplomuna layiq görülüb. Bu barədə Belediyye.infoya məlumatı özü verib.
S.Abdullayevanın sözlərinə görə, 2017-ci ildən bəri Azərbaycan Yazıçılar Birliyinin gənc ədiblər məktəbinin üzvdür:
“Həmin ilə qədər isə mətbuatda hələ gənc yaşlarımdan köşə yazarı kimi fəaliyyət göstərmişəm. ədəbiyyata, ədəbi mühitə olan marağım məni taleyin qisməti ilə Azərbaycan Yazıçılar Birliyinin gənc ədiblər mühitinə gətirdi.
Bir illik ədəbi fəaliyyət və tədris nəhayət ki 2018 ci ildə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın və Birliyin katibi, Gənc ədiblər məktəbinin yaradıcısı Rəşad Məcidin imzası ilə diplom təltifi ilə yekunlaşdı.”
Belediyye.info