"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə üzvünün əl işlərindən ibarət sərginin açılışı olub

--2018-06-07 / 17:24

Bu gün Xaçmaz şəhər Rəsm Qalereyasında, Xaçmaz şəhər Heydər əliyev adına Mərkəzin direktoru Könül əsgərovanın əl işlərindən ibarət dekarativ sənət nümunələri nümayiş olunub. Sərgidə RiH-i başçısının müavini Samir Nemətov, Regional Mədəniyyət Mərkəzinin müdiri Nazim Ağayev, Rayon Təhsil şöbəsinun müdiri Mədinə xanım Nurməmmədova, məktəb direktorları, müəllimlər,mədəniyyət işçiləri, rayon ziyalıları iştirak ediblər. Bu barədə məlumatı Regional Mədəniyyət Mərkəzi yayıb.

ilk öncə iştirakçıları Nazim müəllim salamlayaraq dekarativ sənət əsərlərinin incəliklərindən danışıb. Qeyd etdi ki, sərginin keçirilməsində əsas məqsəd istedadlı uşaq və gəncləri üzə çixarmaq, onlarda həvəs və maraq oyatmaq, yaradıcılıq qabiliyyətini inkişaf etdirmək, bu irəliləyişlərin əldə olunmasına təkan vermək və onlarla birgə iş birliyi qurmaqdır. Daha sonra RiH-i başçısının müavini Samir Nemətov, Rayon Təhsil şöbəsinun müdiri Mədinə xanım Nurməmmədova, Uşaq incəsənət Məktəbinin direktoru Telnaz şirinova, əhmədoba kənd tam orta məktəbinin direktoru Solmaz əbilova, yerli yazar, şair Telman Təravət çıxışlarında Könül xanım tərəfindən zövqlə işlənmiş əl işlərini yüksək qiymətləndiriblər, və bu istiqamətdə aparılan işləri təqdirə layiq hal kimi qiymətləndiriblər.

Çıxış edənlər Könül xanımı bu münasibətlə təbrik edib, ona yaradıcılıq yollarında müvəffəqiyyətlər arzulayıblar.

Sərgidə müxtəlif növdə dekarativ əsərlər sərgilənib. Könül xanımın əl işlərindən ibarət sərgi iştirakçılar tərəfindən böyük marağla qarşılanıb.

Belediyye.info

ŞƏRHLƏR