"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə üzvünün əl işlərindən ibarət sərgisi olacaq

--2018-06-06 / 15:23

Sabah 07 iyun tarixində  Xaçmaz Dövlət Rəsm Qalereyasında  Xaçmaz bələdiyyəsinin üzvü Könül əsgərovanın əl işlərindən ibarət sərginın açılışı keçiriləcək. Bu barədə Belediyye.infoya məlumatı özü verib.

Sərgi Xaçmaz Regional Mədəniyyət idarəsinin və Xaçmaz Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə baş tutub.  

Sayta açıqlamasında K.əsgərova bildirib ki, hələ uşaq yaşlarından tikmə işlərinə həvəsi olub və bu gün boş vaxtlarında bu sənətlə məşğul olur. Bələdiyyə üzvü qeyd edib ki, bununla bağlı Heydər əliyev Mərkəzində dərnək yaradıb və hazırda onlarca şagirdə bu sənətin sirrlərini öyrədir.

Qeyd edək ki, Könül əsgərova həmdə Xaçmaz rayonu Heydər əliyev Mərkəzinin rəhbəridir.

P.S. K.əsgərovanın əl işlərinin bəzilərini sizlərə təqdim edirik.

Belediyye.info

ŞƏRHLƏR