Xətai rayon icra Hakimiyyəti, Azərbaycan Dövlət Rəsm Qaleriyası, Xətai Bələdiyyəsi , Xətai rayonu Gənclər və idman idarəsinin və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "islam Həmrəyliyi və Multikultural Dəyərlər Tolerantlığın əsasıdır" adlı layihəsi həyata keçirilir. Bu barədə məlumatı layihənin müəllifi, Xətai bələdiyyəsinin üzvü Səbinə Abdullayeva bildirib.
Layihədə 14 yaşa qədər bütün Xətai rayon məktəblilərinin musabiqə yolu ilə seçilmiş şəkilləri nümayiş olunacaq.
Layihənin keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəslə bir daha əsrlər boyu formalaşdırılmış adət-ənənələrimizi, mənəvi və multikultural dəyərlərimizi, keçmişimizi unutdurmamaqdır.
Müsabiqədə əsasən Azərbaycan, Türk və islam ölkələrinin oxşar adət-ənənələri, milli geyimləri, sülhü, tolerantlığı, qardaşlığı-dostluğu özündə əks etdirən şəkillər seçiləcək.
iştirak etmək istəyənlər 5-12 Dekabr 2017 -ci il tarixlərində əsərlərini Xətai Sənət Mərkəzinə və Xətai Bələdiyyəsinə təqdim edə bilərlər.
iştirakçılar diplomla təltif olunacaqlar.
Belediyye.info