"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

BəLəDiYYə VERGiLəRiNi öDəYiN Ki...

--2018-01-22 / 10:08

 

 

(ASTARA  BəLəDiYYəSiNiN 2017-Ci iLDəKi FəALiYYəTi BARəDə

HESABAT)

 əsası Ulu Öndər Heydər əliyev tərəfindən qoyulan və hörmətli prezidentimiz cənab ilham əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ildən-ilə güclənməkdə olan yerli özünüidarə orqanları ölkənin sosial-iqtisadi sahədə inkişafına öz töhfəsini verməkdədir.

Bələdiyyələrlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi ilə bağlı Qanunlara dəyişikliklər edilməsi, yerli əhəmiyyətli sosial, iqtisadi inkişaf, ekoloji proqramların həyata keçirilməsində bələdiyyələrin fəaliyyətinə dövlət dəstəyinin verilməsi bu qurumun inkişafına təkan verir.

Astara Bələdiyyəsi öz işində Azərbaycan Respublikası Prezidentinin bələdiyyələrlə bağlı imzaladığı fərman və sərəncamlardan, Milli Məclisin yerli özünüidarə ilə əlaqədar qəbul etdiyi qərar və qanunlardan, bələdiyyənin öz Nizamnaməsindən irəli gələn vəzifələri, eləcə də bələdiyyə iclasları tərəfindən qəbul edilmiş qərarları,həmçinin Astara rayon icra başçısı cənab Qəzənfər Ağayevin tövsiyyələrini rəhbər tutaraq fəaliyyətini qurur.

23 dekabr 2014-cü ildə ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçirildi və Sizin verdiyiniz səslər əsasında Astara bələdiyyəsi yenidən formalaşdı.

2017-ci ildə bələdiyyənin illik fəaliyyəti barədə hesabata başlamazdan əvvəl, biz gənclərə etimad göstərdiyinizə görə Sizin timsalınızda bütün seçicilərə minnətdarlığımızı bildiririk.

«Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, Astara Bələdiyyəsi gördüyü işlər haqqında 2017-ci ilə dair hesabatını ictimaiyyətə təqdim edir.

Hesabat dövründə  Astara bələdiyyəsində 22 ümumi iclas keçirilmişdir, həmin iclaslarda 85 məsələ müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.

Hesabat dövründə  bələdiyyəyə vətəndaşlar tərəfindən 64,təşkilatlardan 107 ədəd ərizə və məktub daxil olmuşdur. Vətəndaşlardan daxil olan müraciətlərdən bir qismi qanunsuz zəbt olunmuş torpaqlarla ,qanunsuz tikililərlə, bir qismi fərdi yaşayış evinin və ya sahibkarlıq obyektlərinin tikintisi üçün torpaq sahəsinin ayrılmaqsı ilə,əksəriyyəti isə maddi yardım tələbləri və yolların  və qəbristanlıqların abadlaşması ilə əlaqədar olmuşdur.Bələdiyyəyə hesabat dövrü ərzində 209 nəfər şifahi müraciət etmişlər.əksəriyyətinin müraciəti təkrar müraciətlər olmuşdur.

Qəbulda irəli sürülən müxtəlif müraciətlərin əksəriyyəti komissiyalar tərəfindən araşdırılaraq həllini tapmış və ya əlaqədar qurumlara yönəldilmişdir.

Hesabat dövrü ərzində bələdiyyəyə rəsmi orqanlardan 107 ədəd sənəd daxil olmuşdur.Sənədlərə operativ baxılaraq, müvafiq cavablar hazırlanmışdır. “Yerli Demokratiya həftəsi “çərçivəsində Astara bələdiyyəsi tərəfindən 57 vətəndaş qəbul edilmişdir.

 GÖRÜLMÜş işLəR

Astara bələdiyyəsi 2017-ci il üzrə büdcəni 63,5 faiz icra etmişdir.Büdcəyə daxilolmalardan vergilərdən daxilolmalar-14,1 faiz, torpaq vergisi -17,5 faiz,  əmlak vergisi-7,3  faiz ,digər gəlirlər-88,8 faiz, mülkiyyətdən gələn gəlirlər-51,7 faiz,icarə haqqından daxiloma- 51,7 faiz,mal və xidmətlərin satışından daxilolmalar -139,2 faiz,dotasiyadan daxilolma - 12 faiz icra olunmuşdur.

Xərclər üzrə vəsait 64,4 faiz icra edilmişdir. Yerli özünüidarəetməorqanının saxlanması-95,9 faiz buradan cəmi 17 faiz əməyin ödənişinə xərclənmişdir,qalan vəsait hansı büdcənin əsas qismini təşkil edir məhkəmə işlərinin icraatına yönəldilmişdir ,sosial-təminat xərci 15,6 faiz,mədəniyyət,incəsənət,kütləvi informasıya və bədən tərbiyəsi xərcləri-0 faiz,mənzil-kommunal təsərrüfatı xərcləri-6,3 faiz təhsil xərcləri-0 faiz,səhiyyə xərcləri-0 faiz icra olunmuşdur.

Hesabat dövründə ARiH-başçısının Astara şəhər inzibatı ərazi idarəsi üzrə nümayəndəliyi  ilə birgə iş bələdiyyənin fəaliyyətinin əsas istiqamətlərindən olmuşdur. Astara şəhər inzibatı ərazi idarəsi üzrə nümayəndəsi cənab şahverən Cavadovun iştirakı ilə bir  sıra vətəndaşlar birgə qəbul edilmiş və bir çox məsələlər yerində araşdırılmış və öz həllini tapmışdır. Hesabat ilində bütün müraciətlərə birgə reaksiya verməklə  müxtəlif məsələlərin konkret həllinə nail olunmuşdur.Məhəllə komitələrinin müraciətləri əsasında Astara rayon icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayevin dəstəyi ilə  məhəllələrdə görülmüş işlərdən - ə.Muxtar küçəsinin bir hissəsi,N.Nərimanov küçəsinin və Giləkəran qəbristanlığına gedən yolların abadlaşması üçün dəfələrlə qum-çınqıl tökülmüş və hamarlanmışdır.Yağan şiddətli yağışlar nəticəsində zərər görmüş həyətlərin müəyyən olunması və bütünlüklə olmasa da bir neçə həyətin qumla doldurulması işində Astara bələdiyyəsi yaxından iştirak etmişdir. Hesabat dövründə şiddətli yağışlar zamanı zərər görmüş həyətlərdən suyun çəkilməsi,kanalların qazılması işlərində də Astara bələdiyyəsiAstara şəhər inzibatı ərazi idarəsi üzrə nümayəndəliyi ilə birlikdə yaxından iştirak etmişdir. 2017-ci ildə Astara şəhər sakinlərinin müraciətləri nəticəsində Giləkəran qəbristanlığında abadlıq işləri yekunlaşmış və əhalinin istifadəsinə verilmişdir.inşallah bu il şəhər əhalisinin müraciətlərini nəzərə alaraq Qum qəbristanlığının abadlaşması üçün əlimizdən gələni edəcəyik.

Bələdiyyənin önəm verdiyi sahələrdən biri də imkansız və kimsəsiz ailələrə maddi yardımların verilməsidir.Astara bələdiyyəsinin hesabat dövründə Yeni il bayramı münasibətilə 20 nəfər ehtiyacı olan vətəndaşlara ərzaq yardımı,il ərzində də bir çox ehtiyacı olan sakinimizə maddi yardımlar edilmişdir.

Bələdiyyəmizin diqqət yetirdiyi digər prioritet məsələlərdən biri idman sahəsinə dəstəkdir.Astara bələdiyyəsinin təşəbbüsü və dəstəyi ilə yaradılmış “Budo”döyüş növləri üzrə idman klubunun uğurları artıq respublikamızdan kənarda da duyulur.idmançılarımız müxtəlif respublika turnirlərində iştirak edərək mükafatlar qazanırlar.ən sevindirici hal budur ki,bələdiyyə idman klubunda kiçik yaşlı qızlarımız da qaydasız döyüş idman növləri ilə məşğul olurlar.

Bələdiyyənin nəzdində fəaliyyət göstərən Bələdiyyə evində idmanın inkişafına dəstək və gənclərin zərərli vərdişlərdən uzaq saxlamaq məqsədilə “Qaydasız döyüş”idman növü üzrə məşqlər keçirilir.Bələdiyyəni təmsil edən komanda bir sıra beynəlxalq yarışlarda mükafat qazanmışlar. Həmin idmançılar 2017-ci ilin 6 ayı ərzində 5 müxtəlif idman yarışından 51 medal qazanmışlar. Apardığımız təbliğat nəticəsində 50-dən çox məktəbli orada təlim keçməkdədir.Oradakı məşqlərə Astaralı gənc dünya çempionu Ramiq Rəhmanov başçılıq edir.Astara bələdiyyəsi Astara Rayon Gənclər və idman idarəsi ilə sıx əməkdaşlıq edərək bir sıra idman oyunlarının keçirilməsində və gənclərin mükafatlandırılmasında yaxından iştirak etmişdir.

2017-ci ildə bələdiyyə bir sıra mədəni-kütləvi tədbirlərin, idman yarışlarının keçirilməsində iştirak etmişdir.Hesabat ilində Astara pedaqoji kollecində “Erkən Nigaha YOX” devizi altında 200-dən çox tələbə və müəllimlərin iştirakı ilə seminar keçirilmişdir.Yenə pedaqoji kollecdə gənclərin hərbi vətənpərvərlik hisslərinin aşılanması məqsədilə gənclərlə astaralı aprel qəhrəmanlarının görüşləri təşkil olunmuşdur.Astara bələdiyyəsi şəhər ərazisində bir sıra orta ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri ilə də sıx əməkdaşlıq edir və onların qayğıları ilə maraqlanır.

Kənd təsərrüfatının inkişafı baxımından Astara bələdiyyəsi tərəfindən əkilmiş 1500 ədəd tut tinginə aqrotexniki qulluq göstərilməkdədir.

  YEKUN

 Astara Bələdiyyənin ictimaiyyətlə əlaqələri gündən-günə möhkəmlənir. Hakimiyyət orqanları ilə, Kütləvi informasiya Vasitələri ilə, Qeyri-Hökümət təşkilatları ilə, məhəllə komitələri ilə qarşılıqlı münasibətlər qurulmuşdur. Astara Bələdiyyəsinin fəaliyyəti,hesabatları və elanları  barədə istənilən şəxs bələdiyyənin rəsmi (facebook)internet səhifəsindən  dolğun məlumat ala bilər.Biz facebook sehifemizde bələdiyyəmizin fəaliyyətindən əlavə rayonumuzun təbliğ olunması işini də həyata keçiririk.Turistlərin  cəlb edilməsi və rayonumuzun tanıması üçün informasiya kommunikasiya texnologiyalarından istifadə edirik.

Xüsüsi olaraq vurğulamaq istərdik ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, Astarada da abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Bu prosses son illər rayon icra Hakimiyyətinin Başçısı  cənab Qəzənfər Ağayevin  rəhbərliyi ilə rayonumuzda daha da sürətlə aparılır, şəhərin siması gündən-günə gözəlləşir. Təkcə Astara Park Bulvar  Astaramızın yeni simasına çevrilmişdir.Bələdiyyə olaraq biz də fəaliyyətimizi əsasən quruculuq-abadlıq, səliqə-sahman işlərinə yönəldirik. Ümumiyyətlə, Astara Bələdiyyəsi rayon icra Hakimiyyəti ilə sıx əməkdaşlıq şəraitində, qarşılıqlı koordinasiya mühitində fəaliyyətini qurmaqdadır. Gördüyümüz və görəcəyimiz bütün işlərdə rayon icra Hakimiyyəti Başçısı Qəzənfər Ağayevin daimi diqqət və qayğısını, köməkliyini üzərimizdə hiss edirik. Sözsüz ki, bələdiyyə iş planında nəzərdə tutduğu işlərin hamısını həyata keçirə bilməyib. Baxmayaraq ki,3 illik fəaliyyətimiz dövründə bələdiyyə büdcəsinə daxilomalar ilbəil artmaqdadir,lakin hesablarımızda olan inkasso sərəncamları ucbatında daxiloan vəsait planlaşdırdığımız kimi istifadə olunmur.Bu səbəbdən biz Astara bələdiyyəsi olaraq potensialımızdan lazımı qədər istifadə edə bilmirik.Amma bütün səylərimizi və enerjimizi bələdiyyəmizin borclarının ödənilməsi üçün sərf edirik.Çünki planlarımız 2018-ci ildə borclarımızın tamamilə ödənilməsi istiqamətində çalışmaqdır.

Gələcəkdə vergi və ödənişlərin toplanması sahəsindəki problemləri həll etməklə yanaşı, bələdiyyə nəzdində xüsusən kənd təsərrüfatı təyinatlı istehsal və xidmət sahələrinin yaradılmasını planlaşdırırıq.Möhtərəm prezidentimiz ilham əliyevin “2014-2018-ci illərdə Regionlarin Sosial iqtisadi inkişafının Dövlət Proqramının” qəbul edilməsinin sonuncu  ili münasibətilə keçirilən konfransında qeyd etdiyi dəyərli fikirlərə əsasən bizlər üçün qeyd etdiyi fəaliyyət planına uyğun olaraq bələdiyyəmizin ərazisində olan və məqsədsiz istifadə olunan torpaqları bələdiyyə olaraq çay,çəltik,sitrus sahələrinə çevirməklə yeni iş yerləri yaratmaq və bu məhsulların  bolluğunu yaratmaqla xaricdən idxalın qarşısını almağı planlaşdırırıq.Astara Bələdiyyəsi bundan sonra da vətəndaşları yerli özünüidarə prosesinə cəlb etməkdə, qarşıya çıxan problem və nöqsanları aradan qaldırmaq üçün potensialını səfərbər edəcək, yerli problemlərin həllində öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.

 BəLəDiYYə VERGiLəRiNi ÖDəYiN Ki,

YAşADIÄžIN əRAZiNiN iNKişAFINDA SiZiNDə PAYINIZ OLSUN!

 Aygül Məmmədova

 Astara bələdiyyəsinin  sədri  

 

 

ŞƏRHLƏR