sorğu
Binəqədi Rayon icra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə əsasən yay mövsümündə fəaliyyət göstərməsi üçün Binəqədi-Novxanı yolunda qəsəbə bələdiyyəsi tərəfindən kənd-təsərrüfatı məhsullarının mövsümü satış mərkəzi yaradılmaqdadır.
Bələdiyyənin yaydığı məlumata görə, artıq işlərin xeyli hissəsi görülüb. Yaxın günlərdə yarmarkanın istifadəyə veriləcəyi gözlənilir.
Bələdiyyə sakinlərə müraciət edərək onların dəstəyinizi gözlədiklərini bidiriblər.
Belediyye.info