Binəqədi bələdiyyəsindən Belediyye.infoya daxil olan məlumata görə, rayon ərazisində Binəqədi Bələdiyyəsinin təşkilatçılığı ilə yaradılan ilk “Bələdiyyə yarmarkası”nın açılışı baş tutub. Açılış mərasimindən sonra Novruz bayramı münasibətilə bayram şənliyi keçirilib. Tədbirdə Binəqədi rayon icra Hakimiyyətinin şöbə müdiri, YAP-ın Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşov çıxış edərək bildirib ki, Novruz bayramı ərəfəsində rayonda insanların rahatlığına, əmin-amanlığına, rifahına xidmət edən yeni “Bələdiyyə yarmarkası”nın açılışının özü də bir bayramdır. Qeyd olunub ki, Prezident ilham əliyevin rəhbərliyi ilə ölkəmizdə davamlı olaraq həyata keçirilən quruculuq işlərinin mahiyyətində insanlara qayğı, diqqət dayanır.
Tədbirdə çıxış edən Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlı bildirib ki, “Bələdiyyə yarmarkası”nın yaradılması Prezident ilham əliyevin “2014-2018-ci illərdə Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı Dövlət Prqoramı”nın 1-ci ilinin yekunlarına dair müşavirədə qarşıya qoyduğu tələblərə əsasən həyata keçirilən bir addımdır. Layihənin icrası yerli istehsalın qorunmasına şərait yaradacaq, inhisarçılığın qarşısı alınacaq və ərzaq məhsulları ilə təminatda Dövlət başçısının qarşıya qoyduğu ən mühüm tapşırıqlardan biri, idxaldan asılılıq qismən azalacaq. Diqqətə çatdırılıb ki, yeni xidmət sahələrinin yaradılması, daimi iş yerlərinin açılması, vətəndaş məmnunluğu Bələdiyyənin bundan sonrakı fəaliyyətində də prioritet istiqamətlər olacaq. əsas hədəf Dövlət başçısının dediyi kimi, xalqın xidmətində durmaqdır. Bu cür layihələr Bələdiyyənin təkcə əmlak və torpaq vergisindən yox, digər xidmət sahələrindən də gəlir mənbələrinin olmasını təmin etmək, həmin gəlirləri də sakinlərin rifahı naminə xərcləmək üçün lazimi tədbirlərin görülməsinə imkan verəcək. Digər çıxışlarda Binəqədi rayonunun inkişafına, onun sakinlərinə diqqət və qayğısına görə də ölkə rəhbərinə minnətdarlıq ifadə olunub. Bayram tədbiri incəsənət ustalarının rəngarəng konsert proqramı ilə başa çatıb.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|