sorğu
Binəqədi rayon Biləcəri bələdiyyəsinin yaydığı məlumata görə, bələdiyyənin təşkilatçılığı ilə qəsəbədə yeni ilin gəlişi ilə əlaqədar yol kənarlarında quraşdırılan rəngli işıqlar və müxtəlif yeni il dekorları ilə bəzənməsi işləri həyata keçirilir.
Yeni ilin gəlişiylə bağlı qəsəbədə həmçinin təmizlik işlərinin həyata keçirilməsi də davam etdirilir. Belə ki, gün ərzində X.Natavan küçəsində qopmuş daş üzlüklərin bərpası işləri aparılıb.
Bakı-Sumqayıt yolunun kənarında, həmçinin X.Natavan küçəsində ciddi təmizlik işləri aparılıb.
Həftə sonunadək təmizlik işləri davam etdiriləcəkdir.
Belediyye.info
|
|
|
|
|
|