Binəqədi rayonunda formalaşan beş bələdiyyə- M.ə.Rəsulzadə, Binəqədi, Biləcəri, Binəqədi qəsəbə və Xocasən bələdiyyələrinin hər biri fəaliyyətləriylə daim sakinlərin və ictimaiyyətin diqqətini çəkir.
Bələdiyyə sədrlərinin iştirakıyla hər gün icra nümayəndələrinin, o cümlədən digər struktur rəhbərlərinin iştirakıyla sakinləri maraqlandıran sualları cavablandırılır və ya onların qarşılaşdığı problemlərin həlli istiqamətində addımlar atılır.
Beləliklə, Belediyye.info olaraq beş bələdiyyənin hansının daha çox ictimaiyyətin diqqətini çəkdiyini öyrənmək məqsədiylə yeni sorguya start verir.
15 gün davam edəcək sorguda sakinləri və internet sitifadəçilərini aktiv olmağa və layiq bildiyi bələdiyyəyə səs verməyə çağırırıq.
Yekunda ilk dəfə olaraq Belediyye.info tərəfindən qalib və iştirakçılara sertifikatlar verilcəkdir.
Belediyye.info
11/06/2016