"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Belediyye.infonun 3 yaşı tamam oldu

--2018-05-25 / 05:32

Bu gün Belediyye.infonun fəaliyyətə başladığı gündür. Qeyd edək ki, WWW.BELEDiYYE.iNFO internet resursu 2015-ci ilin may ayının 25-də “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyi tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi şurasının maliyyə yardımı ilə “Yerli orqanlara müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində hazırlanıb.

Yeni internet resurs yaratmaqla “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyin əsas məqsədi bələdiyyə sistemində çalışanları maarifləndirmək və fəaliyyətilərini təbliğ etmək, bələdiyyə üzvlərinin ictimai nüfuzunu artırmaq olub.

Ötən üç il ərzində Belediyye.info tərəfindən Prezident Adminstrasiyasının müvafiq strukturuyla, Milli Məclisin Regional Məsələlər Komitəsiylə, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi və regional idarəriylə, Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyasıyla, o cümlədən bir sıra rayon və şəhər icra hakmiyyətləriylə sıx əməkdaşlıq əlaqələri qurulub.

Maliyyə sıxıntılarını aradan qaldıra bilsək yəqin ki, daha yüksək səviyyədə çalışacaq və Ulu öndər Heydər əliyevin təbirincə desək “Bələdiyyələrin yerli demokratiyanın inkişafında yeni mərhələ ” olmasında öz tövhəmizi yüksək səviyyədə verə biləcəyik.

Vüqar Tofiqli

Belediyye.info

ŞƏRHLƏR