Bu gün Belediyye.infonun iki yaşı tamam olur.
Sayt Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi şurasının maliyyəsiylə yaradılıb.
Sayt Prezident Adminstrasiyası, Milli Məclisin Regional Məsələlər Komitəsiylə, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəziylə və Azərbaycan şəhər, Qəsəbə və Kənd bələdiyyələrinin Milli Assosiasiyasıyla birbaşa və müntəzəm əməkdaşlıq əlaqələri qurub.
Fəaliyyət göstərdiyi iki il ərzində sayt bir sıra uğura da imza atıb.
Bir məqamı xüsusiylə vurğulayaq ki, bələdiyyələrlə əlaqələr yüksələn xətt üzrə artıb. Artıq bələdiyyələr müəyyən mənada fəaliyyətlərinin təbliğinə maraqlı görsənirlər.
Bu gün sayt 200-ə yaxın bələdiyyə ilə sıx informasiya əlaqəsi yaradılıb.
Qeyd edək ki, ötən il bu rəqəm cəmi 50-yə yaxın idi.
Bu gün bizim əsas məqsədimiz bütün ölkə bələdiyyələriylə sıx əlaqə qurmaq, onların fəaliyyətlərini təbliğ etmək, qarşılaşdıqları problemləri ictimailəşdirmək və həllinə nail olmaqdır.
Bu günədək Belediyye.info olaraq bir sıra ciddi problemlərin ictimaləşdirilməsinə nail olmuşuq.
inanırıq ki, maliyyə vəziyyəti imkan verdikcə bundan sonra daha operativ şəkildə həm bələdiyyələrə, həm də sadiq oxucularımıza informasiya xidməti göstərməyə çalışacağıq.
Belediyye.info bundan sonra da dövlət siyasətinə uyğun olaraq bələdiyyələrin fəaliyyətini təbliğ etməklə, yerli orqanlara daha böyük zirvələri fəth etməkdə öz dəstəyini verəcəkdir.
Son olaraq saytın yaradılmasında xidməti olan bütün şəxslərə və təşkilatlara təşəkkürümüzü bildiririk.
Vüqar Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyinin sədri