"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyədə "əfqan"larla görüş keçirilib

--2016-02-15 / 18:10

Sovet qoşunlarının əfqanıstandan çıxarılmasının ildönümü münasibəti ilə Mingəçevir bələdiyyəsində «əfqan» veteranları ilə görüş keçirilib. Bu barədə məlumat Mingəçevir bələdiyyəsindən daxil olub.

Çay süfrəsi arxasında keçən görüşü bələdiyyə sədri Coşqun Abdullayev açaraq tədbir iştirakçılarını salamlayaraq, əfqanıstan və Qarabağ müharibələrində şəhid olmuş həmyerlilərimizin xatirəsinə bir dəqiqəlik sükut elan etdi.

Görüşdə çixiş edən  əfqanıstan Veteranları ittifaqı Mingəçevir filialının sədri Elşən ibrahimli bildirib ki, əfqanıstandakı döyüşlərdə 10 minə yaxın azərbaycanlı iştirak edib, 208 nəfər şəhid olub, yüzlərlə əlil olanlar var. Mingəçevirdə 150 nəfər “əfqan” yaşayır, 8 nəfər isə müharibə illərində  şəhid olub. Filial sədri beş gün əvvəl bələdiyyənin maliyyə dəstəyi ilə baş tutmuş şəhidlərin xatirəsinə həsr olunan nərd yarışının yekunları haqqında məlumat verərək və görüş üçün bələdiyyə və şəhər icra Hakimiyyəti rəhbərliyinə minnətdarlığını bildirib.

Tədbirdə iştirak edən Mingəçevir şəhər icra Hakimiyyətinin məsul nümayəndələri Sahib əliyev və Rizvan Mikayıllı əfqanıstan Veteranlarının şəhərin ictimai-siyasi həyatındakı fəaliyyətindən, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı keçirilən tədbirlərdə yaxından iştirak etmələrindən danışıblar.

Dəyirmi Masa ətrafında baş tutan səmimi görüşdə bələdiyyə üzvləri və “əfqan”lar arasında bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, gələcəkdə nəzərdə tutulmuş birgə tədbirlər ətrafında müzakirələr aparılıb.

Bələdiyyə sədri əfqanıstan və Qarabağ müharibələri iştirakçısı Məmmədəli Ağazadəyə təltif olunduğu “Fədai” medalını təqdim etdi.

Belediyye.info

ŞƏRHLƏR