"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyədə görüş keçirilib

--2016-03-01 / 21:51

Binəqədi rayon icra Hakimiyyəti başçısının “Sahibkarların inkişaf etdirilməsi və əhalinin məşğulluq səviyyəsinin artırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarının icrasını təmin etmək məqsədilə Qərargahın yaradılması haqqında” 9 fevral 2016-ci il tarixli 24 saylı sərəncamana uyğun olaraq yerlərdə keçirilməsi nəzərdə tutulan görüşlərin qrafiki təsdiq edilmişdir. Qrafikə uyğun olaraq yerlərdə görüşlər davam etdirilir. Biləcəri bələdiyyəsinin yaydığı  məlumata görə,  bu məqsədlə Binəqədi Rayon icra Hakimiyyəti başçısı Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov Biləcəri bələdiyyəsində görüş keçirib.

 Görüşdə sərəncamdan irəli gələn məsələlər müzakirə edilərək  müvafiq tapşırıqlar verilib.

Belediyye.info

ŞƏRHLƏR