"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyədə seminar keçirilib

--2016-07-02 / 14:36

“Binəqədi rayon Xocəsən  Bələdiyyəsində "Bələdiyyələrin vergi və rüsumlarının toplanması” mövzusunda seminar keçirilib”- bu barədə Belediyye.infoya məlumatı bələdiyyənin şöbə müdiri Pərvanə Gözəlova bildirib.

 Seminarda  Xocəsən bələdiyyəsinin sədri Anar Abbasov çıxışında   "Bələdiyyə gəlirləri və yerli vergilər" şöbəsinin əməkdaşlarına  bildirib ki, yerli vergilərin toplanılması sahəsində əsas meyar vergi uçotunun düzgün qurulmasından başlayır:  “Vergi ödəyicisini düzgün müəyyən etmək üçün ərazidə əsaslı inventarlaşdırma  aparılmalı, BAiS-in (bələdiyyənin avtomatlaşdırılmış informasiya sistemi ) tələb etdiyi məlumatlar tam alınaraq sistemə daxil edilməli,verginin hesablanması aparılmalı (o cümlədən ötən dövrə olan borc məbləği daxil olmaqla),tədiyyə bildirişi yazılmalı və müəyyən edilmiş müddətlərdə tədiyəçiyə çatdırılmalı,vergi daxilolmaları şəxsi vərəqələrə işlənməli, verginin tam ödənilib- ödənilməsi müəyyənləşdirilməlidir.”

Sədrin sözlərinə görə,  bundan əlavə maarifləndirilmə və təbliğata geniş yer verilməlidir.

Tədbirin sonunda müzakirə olunan məsələ barədə fikir mübadiləsi aparılıb, irad və təkliflər dinlənilib.

Belediyye.info

ŞƏRHLƏR