"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələr avtodayanacaqlardan nə qədər vəsait itirir? III YAZI

--2015-09-29 / 01:26

Avtomobil dayacaqlarından ölkə bələdiyyələri  il ərzində kifayət qədər maliyyə vəsaiti itirir. Apardığımız təhlillərdən belə qənaətə gəlmək olar ki, on beş ildə bu sahədə maliyyənin  istiqamətindən başqa heç nə dəyişməyib.

Düzdür, bir çox bələdiyyələr məhəllədaxili gecə dayanacaqlarını təşkil etməyə  çalışsalar da, hazırda onlar ciddi maneə ilə üzləşmək məcburiyyətində qalıblar. Bu gün bələdiyyələr tərəfindən yığılan vəsait ancaq avtobusların son dayanacaqlarından əldə edilir.

Adi  bir hesablama aparaq: paytaxtda bütün növ üzrə orta hesabla 200 (100 müvəqqəti, gündüz, son avtobus və taksi, 100 gecə və məhəllədaxili) dayanacaq fəaliyyət göstərir. Təqribi hesablamalara görə, 100 müvəqqəti, gündüz, son avtobus və taksi dayanacağından gün ərzində 500  manat  vəsait yığılır ki, bu da ay ərzində 10.000 manata bərabərdir.  100 gecə və məhəllədaxili dayanacaqdan isə gün ərzində 10 min avtomobil hesabı ilə götürsək, (halbuki paytaxda 500 min avtomobil qeydiyyatdadır) və bir gecəni 1(bir) manatdan hesablasaq 10.000 manat vəsait edər ki, bu da ay ərzində 300.000 manat deməkdir.

Beləliklə, üst-üstə ay ərzində dayanacaqlardan faktiki olaraq  minimum 310.000 manat vəsait toplanılır (və ya toplanılmalıdır).  Bir il ərzində isə bu rəqəm təxminən 3.720.000 manat  edir. Rəsmi olaraq il ərzində icra strukturları və özəl qurumlar tərəfindən  nə qədər vəsait toplandığı heç kimə bəlli deyil. Məlum olan odur ki, bu yığılan puldan bələdiyyələrə   qanunla nəzərdə tutulan vəsait köçürülmür.

Beləliklə, orta hesabla yerli büdcə il ərzində  3,7 milyon manatdan  mərhum olur.

indisə bələdiyyələrin öz resurslarıyla avtodayanacaqlardan yığdığı vəsatin həcminə diqqət yetirək:

Bakı üzrə       

Illərüzrə

Ümumi büdcəgəliri

dayanacaq

2002

2.070.740

93.300

2003

2.217.840

70.480

2004

4.886.660

119.840

2005

8.454.000

204.000

2006

8.606.800

315.400

2007

16.084.200

113.800

2008

11.143.400

51.500

2009

4.438.000

44.700

2010

5.369.600

48.800

2011

6.962.400

64.000

2012

7.269.600

64.700

2013

7.328.000

70.000

2014

7.368.500

76.300

 

Cədvəldən də aydın görünür ki, əsas maliyyə istiqamətlərindən biri olan avtomobil dayanacaqlarından daxil olan ödənişlərin həcmi ümumi büdcə gəlirlərindəki yeri bir faizi keçmir.

Qeyd edək ki, hazırda paytaxt dayanacaqlarında maşın saxlamağın qiyməti  saatı 20 qəpikdən bir manatadək  yüksəlir. Gecə dayanacaqlarındakı   qiymətlər bir -iki manat arası dəyişir.

Son beş il ərzində  hər bir paytaxt sakini Bakıda ən müasir parkinq sisteminin yaradıldığını və bu istiqamətdə geniş şəbəkə qurulduğunun şahididir. istər  Nəsimi, istərsə də Səbail bələdiyyəsinin ərazisində ən müasir avtodayanacaq sistemi inşa edilib. Və hər gün minlərlə avtomobil sahibi bu xidmətdən yararlanır.

Bizdə olan məlumatlara görə, bu  gün Bakı bələdiyyələrinə Bakı şəhər icra Hakimiyyətinin təsərrüfat hesablı Xüsusi Təyinatlı Avtonəqliyyat idarəsi,  o cümlədən digər hüquqi və fiziki şəxslərə məxsus avtodayanacaqlardan vəsaitin köçürülmür. Üstəlik,  aidiyyəti   icra strukturları tərəfindən bələdiyyələrə sərbəst şəkildə dayanacaq təşkilinə də imkan verilmir və  hər cür süni maneə yaradılır.

Qısa şəkildə apardığımız hesablamalarda ən minimal rəqəmlər göstərilib. Bəlli olan odur ki, Bakıda dayanacaqların sayı kifayət qədərdir.

Demək, bu istiqamətdən bələdiyyə büdcəsinə kifayət qədər vəsait daxil ola bilər. Nəzərə alaq ki, yerli büdcəyə daxil olan vəsaitin xeyli bir hissəsini bələdiyyələr  sakinlərin qarşısında götürdüyü öhdəliklərin  yerinə yetirilməsinə xərcləyir.

inanmaq olar ki, aidiyyəti orqanlar məhz bu şərti nəzərə alıb bələdiyyələrin qanunla nəzərdə tutulan maliyyə vəsaitini özlərinə köçürəcəklər.

Vüqar Tofiqli

 

 

ŞƏRHLƏR