"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələr avtodayanacaqları vergiyə cəlb etmək niyyətindədirlər

--2016-01-15 / 11:07

iri ticarət mərkəzlərində fəaliyyətdə olan avtomobil dayanacaqlarının bələdiyyələrə vergi ödəməməsi haqqında məlumat vermişdik. Bugün bələdiyyələr adiçəkilən istiqamətdə ticarət mərkəzlərinin vergiyə cəlb edilməsi üçün hansı addımlar atır?

Məsələyə münasibət bildirən Səbail bələdiyyəsinin sədri Firdövsi Cəbrayılovun açıqlamasında ərazilərindəki ticarət mərkəzilərində olan, istərsə də  digər yerlərdə fəaliyyət göstərən  avtodayanacaqların ödənişdən boyun qaçırdıqlarını dilə gətirdi. Hazırda bununla bağlı məhkəməyə müraciət etmişik. Özümüzün haqlı olmağımızı və veriglərin vaxtında yerli büdcəyə ödənməli olduğunu izah edəcəyik. Qanun qarşısında hamı bərabər şəkildə məsuliyyət daşımalı və qanunlarımıza hörmətlə yanaşmalıdır.

Sədrin sözlərinə görə, bələdiyyəyə nə qədər çox vəsait daxil olarsa, bir o qədər də çox sakinlərimizin problemini həll etmiş  olarıq.

Lökbatan bələdiyyəsinin hüquqşünası Vüqar Məmmədovun Belediyye.infoya açıqlamasında bildirib ki, bələdiyyələr fəaliyyət göstərdikləri ərazilərdə çoxsaylı yerli sosial inkişaf, yerli ekoloji inkişaf və yerli   iqtisadi inkişaf proqramları hazırlayaraq həyata keçirirlər: “Bəzən yerli büdcə vəsaitləri hesabına həyata  keçirilən layihələri sonadək yerinə yetirmək mümkün olmur. Səbəb inzibati ərazimizdə olan şəxslərin vaxtında vergiləri ödəməməsidir. Bildiyimiz kimi, “Yerli vergi və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun  9-cu  maddəsi yerli  ödənişlərin tərkibini nəzərdə tutur. Həmin  qanunun 9.1.5-ci  maddəsində  qeyd edilib ki, bələdiyyə  ərazilərində  hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış  avtomobil dayanacaqları və ya  bələdiyyələrin  qərarına  əsasən  müəyyən  edilmiş   yerlərdə  bütün növ  nəqliyyat vasitələrinin  daimi və ya  müvəqqəti dayanacaqları  üçün ödəniş. Bu ödəniş hər bir  nəqliyyat vasitəsi üçün  sutkada  0,1 manatdan çox olmamaqla müəyyən edilir.

Yerli (bələdiyyə) vergilər və  ödənişlər  haqqında Azərbaycan Respublikası qanununun  11.3-cü  maddəsində  qeyd  edilib ki,  bu qanunun  9.1.5-ci maddəsində  göstərilən  ödənişlər  hər bir ödəyicidən  tutularaq, bələdiyyələr  tərəfindən müəyyən edilmiş  müddətlərdə  və qaydalarla  bələdiyyələrə ödənilir.

Təəssüf hissiylə bildirmək istərdik ki, ticarət mərkəzlərində kifayət qədər avtomobil dayanacağı fəaliyyət göstərsə də,  bu günədək qanunun icrası mümkün olmamışdır.”

 V. Məmmədov ümid edir ki,  ticarət mərkəzlərinin sahibləri bələdiyyənin müraciətinə biganə qalmayacaq və yaxın müddət ərzində problem öz həllini tapacaqdır.

 Belediyye.info

 

 

ŞƏRHLƏR