Binəqədi Rayon icra Hakimiyyətində rayonda fəaliyyət göstərən bələdiyyələrlə növbəti işgüzar görüş keçirilib.
Görüşdə Binəqədi Rayon icra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, bələdiyyə sədrləri, bələdiyyə sədrlərinin müavinləri və şöbə müdirləri iştirak ediblər.
Binəqədi Rayon icra Hakimiyyəti başçısının birinci müavini ilqar Süleymanovun sədrliyi ilə keçən görüşdə Binəqədi Rayon icra Hakimiyyəti başçısı Aparatın şöbə müdirləri tərəfindən bələdiyyələrin maliyyə durumu, bələdiyyə vergilərinin və rüsumlarının yığılması vəziyyəti, bu sahədə mövcud olan çətinliklər və problemlər, vətəndaşların qəbulu və bu sahədə aparılan işlər, bələdiyyələrin balansında olan texnikalarının mövcud durumu, məişət tullantılarının daşınma vəziyyəti, bələdiyyələrdə hüquqi aktların qəbulu və onların həyata keçirilməsi, bələdiyyələrdə Humanitar sektorların fəaliyyəti və bələdiyyə sədrləri tərəfindən səyyar görüşlərin keçirilməsi, həmin görüşlərdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin icra vəziyyəti haqqında apardıqları araşdırmalar barəsində ətraflı məlumatlar dinlənilib.
Sonra görüşdə müzakirə olunan məsələlər barəsində geniş fikir mübadiləsi aparılıb və müvafiq tövsiyələr verilərək bildirilib ki, 4 aprel 2017-ci il tarixdə Binəqədi rayon icra Hakimiyyəti başçısı yanında keçirilən görüşdən sonra bələdiyyələr tərəfindən xeyli işlər görülmüş və nəzərə çarpacaq dərəcədə keyfiyyət dəyişikliyi baş verib.
Bununla belə həmçinin qeyd edilib ki, bələdiyyələrin mövcud potensialından daha səmərəli istifadə etmək üçün hələ çox iş görülməlidir.
iclasda bələdiyyələrin vergi və rüsumlarının yığılması, bələdiyyə gəlirlərinin artırılması, bələdiyyələrin maliyyə vəziyyətinin sağlamlaşdırılması və iqtisadi imkanlarının artırılması məqsədilə təklif və tövsiyələr səsləndirilmiş, növbəti ayların fəaliyyət istiqamətləri və hədəfləri müəyyənləşdirilib.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|