"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələr birləşdiriləcək

--2017-01-05 / 06:30

“Estoniya Respublikasında  2017-ci ilin oktyabrında baş tutacaq bələdiyyə seçkilərində yerli orqanların birləşdirliməsi həyata keçiriləcəkdir”- bu fikirləri Belediyye.infoya açıqlamasında şərq Tərəfdaşlığı proqramında Estoniyadan olan təmsilçisi Tiina ilsen bildirib.

Onun sözlərinə görə, hazırda Estoniyada 213 bələdiyyə formalaşdırılıb ki, onunda 80% -ində əhalinin sayı 5000 nəfərə çatmır. Odur ki, hökumətin təklifiylə bələdiyyələrin könüllü şəkildə birləşdirilməsi üçün maarifləndirici görüşlərə start verilib.

Bununla yanaşı hökumət stulmalaşdırıcı addımların atılması üçün birləşdirməyə məruz qalan bələdiyyələrə 50 min avro məbləğində dotasiya verməyi  də nəzərdə tutur. Həmçinin hökumət subsidiyaların həcminin artırmaqla yanaşı, yerli əhəmiyyətli yolların təmir edilərək bələdiyyələrin balansına verməyi də nəzərdə tutub.

Tiina ilsenin sözlərinə görə, birləşdirməyə getməyən bələdiyyələr məcburi şəklidə birləşdiriləcək.

Belediyye.info

ŞƏRHLƏR