"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələr dövlət rəmzlərindən istifadə edə bilərmi?

--2016-06-20 / 00:46

Bu gün bir sıra bələdiyyələr  öz  rəsmi blanklarında, inzibati binaya vurduqları lövhələrdə, o cümlədən digər məqamlarda dövlət rəmzlərindən istifadə edirlər. Bu addımın nə qədər qanunauyğun olub olmamasına aydınlıq gətirilməsi üçün millət vəkili Azər Badamova müraciət etidk.

Belediyye.infonun sualını cavablandıran milllət vəkili bunun Konstitutsiyamızda nəzərdə tutulmuş qaydalara riayət olunmaqla  mümkün  olduğunu bildirib:

“Hamı kimi bələdiyyə üzvləri və qulluqçuları da dövlət rəmzlərinə hörmətlə yanaşmalı və uca tutmalıdırlar. Ancaq hər bələdiyyənin özünün də rəmzləri olmalı və loqoları rəsmi blanklarda əksini tapmalıdır. inzibati binalarda  asılan lövhələrdə, rəsmi blanklarda bələdiyyələrin dövlət rəmzlərindən istifadəsi yolverilməzdir.

Həmdə bir məqamı unutmayaq ki, bələdiyyələr dövlət strukturu yox, yerli özünidarəetmə orqanlarıdır"

Belediyye.info

ŞƏRHLƏR