Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində FHN Bakı Regional Mərkəzinin yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə regional mərkəzin rəis müavini Tale şamçiyev “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində FHN Baki regional mərkəzinin yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda çıxış edib.
Məruzəçi öncə tədbirin təşkilində göstərdiyi köməyə görə, milli bələdiyyə assosiasiyalarına təşəkkürünü bildirib.
Rəis müavininin sözlərinə görə, ilk növbədə qarşımızda duran əsas vəzifə maarifləndirmə işinin təşkilidir. Bələdiyyələrin qarşısında duran ikinci əsas vəzifə isə yaşayış fondunun vəziyyətini gündəlik nəzarətdə saxlamaq, yanğın və partlayş təhlükəsizliyini gözləməkdir.
Fövqəladə vəziyyətdə bələdiyyə təmsilçiləri, MKiS və polis əməkdaşlarıyla birgə hadisə yerinə FHN əməkdaşları gələnədək vəziyyəti nəzarətə götürməlidirlər.
Rəis müavini çıxışında yaşayış massivlərinə girişlərin və məhəllədaxili yolların hüquqi və fiziki şəxslər tərəfindən bağlanmasının yolverilməz olduğunu və xilasetmə işlərinə məqamında ciddi şəkildə maneə yaratmasına da iradını bildirib.
Çıxışının sonunda T.şamçıyev bələdiyyələrin üzərinə düşən vəzifələrdən danışaraq fəaliyyətlərində maarifləndirməyə daim diqqət yetirməli olduqlarını dilə gətirib.
Mərkəzin Operativ reaksiyavermə və əməliyyat-planlaşdırma idarəsinin rəisi, polkovnik-leytenant Vaqif Teymurov çıxış edərək bələdiyyə ərazilərində əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edillməsi barədə danışmış, fövqəladə hallar zamanı insanların təhlükəsiz ərazilərə köçürülməsi üçün təxliyə planlarının işlənib hazırlanmasının və sakinlərlə bu sahədə maarfiləndirmə işinin aparılmasının vacibliyini vurğulamışdır.
Azərbaycan şəhər, Qəsəbə və Kənd bələdiyyələri Milli Assosiasiyalarının sədləri əbülfəz Babayev, Hümbət Hüseynov, əli Mehdiyev, Nizami, Nəsimi, Binəqədi və Səbail bələdiyyələrinin sədrləri Vüqar Quliyev, Nazim Qaraxanov, Sitarə Cabbarlı və Firdovsi Cəbrayılov, eləcə də Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac əliyeva, Qaradağ rayonu ələt və Suraxanı rayonu Qaraçuxur bələdiyyələrinin sədrləri Azad Musayev və ixtiyar Nəcəfov çıxış edərək 2015-ci ildə öz ərazilərində insan həyatının təhlükəsizliyinin təmin olunması istiqamətində gördükləri işlər və mövcud problemlər barədə məlumat vermişlər.
Müzakirələrdə çıxış etmiş FHN aparatı və qurumlarının nümayəndələri bələdiyyə nümayəndələri tərəfindən qaldırılmış məsələlərə münasibət bildirmiş, peşəkar arayışlar vermişlər.
interaktiv müzakirələr şəraitində keçirilmiş tədbir zamanı səslənmiş problemlər və onların aradan qaldırılması məqsədilə qeyd olunmuş təkliflər ümumiləşdirilmiş və həyata keçirilmək üçün tövsiyə olunmuşdur.
Dəyirmi Masa iştirakçıları yekdilliklə belə tədbirlərin faydasından danışmış, onların gələcəkdə də mütəmadi surətdə keçirilməsinin mühümlüyünü xüsusi qeyd etmişlər.
Belediyye.info
|
|
|