“Bələdiyyələr seçiciləri qarşısında hesabatı vaxtında verməlidirlər. Bu həm də qanunun tələbidir”- bu fikirləri Belediyye.info -ya ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin aparıcı məsləhətçisi Bahadur Kərimov bildirib.
Onun sözlərinə görə, “Bələdiyyələrin statusu haqqında” Qanunun 52-2-ci maddəsinin 3-cü hissəsinə görə bələdiyyələr hər ilin yanvar ayının üçüncü həftəsinin bazar ertəsi günü görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verir. Hesabat yazılı formada tərtib edilir və bələdiyyənin iclaslarında təsdiq edilir. Yerli əhalini tanış etmək məqsədi ilə hesabat bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir, habelə elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılır.
Bələdiyyələr seçicilərə verdiyi hesabatı təsdiq etdikdən sonra 10 gün müddətində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidir.
Eyni zamanda, həmin maddədə hesabat iştirakçılar tərəfindən qənaətbəxş hesab edilmədikdə görüləcək tədbirlər müəyyən edilmişdir. Belə ki, müvafiq bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin iştirakını təmin edən və nəticələri protokolla (protokollarla) rəsmiləşdirilən yığıncaqda (yığıncaqlarda) iştirak edənlərin yarısından çoxu hesabat dövründə bələdiyyənin fəaliyyətini qeyri-qənaətbəxş hesab edilməsinin “lehinə” səs verdikdə bu barədə qərar qəbul edilir və yığıncağın (yığıncaqların) protokolu (protokolları) bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilir. Protokolun forması və tərtibinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan protokolu (protokolları) forma və tərtiblə bağlı tələblərə uyğunluq baxımından yoxlayır və uyğunsuzluq aşkar etdikdə protokolu (protokolları) geri qaytarır, uyğunsuzluq aşkar etmədikdə isə 20 gün müddətində bələdiyyənin hesabatı ilə birlikdə Azərbaycan Respublikasının Prezidentinə göndərir.
Azərbaycan Respublikasının Prezidenti hesabat dövründə bələdiyyənin fəaliyyətini qeyri-qənaətbəxş hesab etdikdə bələdiyyənin vaxtından əvvəl buraxılması ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinə müraciət edir.
Qanunun 22-2-ci maddəsinə uyğun olaraq Milli Məclis ona bu Qanunun 52-2-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq müraciət olduqda və bununla əlaqədar bələdiyyənin hesabatının dinlənilməsi nəticəsində onun fəaliyyətini qeyri-qənaətbəxş hesab etdikdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bələdiyyənin vaxtından əvvəl buraxılması haqqında qərar qəbul edir.
Göründüyü kimi hesabatlılıq haqqında bütün məqamlar qanunvericiliklə müəyyən edilib.
Belediyye.info
P.S. BELEDiYYE.iNFO BUNUNLA BAÄžLI əLAVə SəNəDLəRi Də TəQDiM EDiR
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 52-2-ci maddəsinin 3-cü hissəsinin ikinci abzasına uyğun olaraq, protokolun formasına və tərtibinə dair tələblər”in təsdiq edilməsi barədə
AZəRBAYCAN RESPUBLiKASI NAZiRLəR KABiNETiNiN QəRARI
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1103-IVQDnömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 857 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 52-2-ci maddəsinin 3-cü hissəsinin ikinci abzasına uyğun olaraq, protokolun formasına və tərtibinə dair tələblər” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 3 fevral 2015-ci il
â„– 26
|
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 fevral tarixli 26 nömrəli qərarı ilə TəSDiQ EDiLMişDiR |
|
_______________ rayonu (şəhəri) ______________ bələdiyyəsinin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların yığıncaqlarının
PROTOKOLU â„– ______
__________ rayonu (şəhəri, kəndi) “___” __________ 20_____ il
Bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların sayı ____ nəfər iştirak edənlərin sayı ____ nəfər _____(faizlə)
GÜNDəLiK MəSəLə
__________ rayonu (şəhəri) __________ bələdiyyəsi tərəfindən “___” ______20_______ il ərzində görülmüş işlər haqqında, o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin (təyinatı, məqsədi və dəqiq məbləği manatla) və bələdiyyə mülkiyyətinin (torpağın kateqoriyası, məqsədli təyinatı və digər daşınmaz və daşınar əmlak göstərilməklə) istifadəsi haqqında hesabatın müzakirəsi. __________ bələdiyyəsi tərəfindən “___” ______20____ il ərzində görülmüş işlər, o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin (təyinatı, məqsədi və dəqiq məbləği manatla) və bələdiyyə mülkiyyətinin (torpağın kateqoriyası, məqsədli təyinatı və digər daşınmaz və daşınar əmlak göstərilməklə) istifadəsi haqqında hesabatı təqdim etdilər:
1. Bələdiyyə sədri _____________________________________________________________________ (adı, soyadı, atasının adı) _____________________________________________________________________________________________ _____________________________________________________________________________________________ _____________________________________________________________________________________________ _____________________________________________________________________________________________ _____________________________________________________________________________________________ _____________________________________________________________________________________________ _____________________________________________________________________________________________
2. Bələdiyyənin daimi komissiyalarının sədrlərinin məlumatları dinlənildi. _____________________________________________________________________________________________ _____________________________________________________________________________________________ _____________________________________________________________________________________________ _____________________________________________________________________________________________ __________ bələdiyyəsi tərəfindən “___” ______20____ il ərzində görülmüş işlər, o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin (təyinatı, məqsədi və dəqiq məbləği manatla) və bələdiyyə mülkiyyətinin (torpağın kateqoriyası, məqsədli təyinatı və digər daşınmaz və daşınar əmlak göstərilməklə) istifadəsi haqqında hesabatın təsdiq edilməsi üçün səsvermə keçirilir.
Səsvermənin nəticəsi:
lehinə - ____ nəfər; əleyhinə - ____ nəfər; bitərəf - ____ nəfər.
Səsvermənin nəticəsini nəzərə alaraq yığıncaq
QəRARA ALIR:
1. __________ rayonu (şəhəri) __________ bələdiyyəsinin “___” ______20____ il ərzində görülmüş işlər, o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin (təyinatı, məqsədi və dəqiq məbləği manatla) və bələdiyyə mülkiyyətinin (torpağın kateqoriyası, məqsədli təyinatı və digər daşınmaz və daşınar əmlak göstərilməklə) istifadəsi haqqında hesabatı qənaətbəxş (qeyri-qənaətbəxş) hesab edilsin. 2. Yığıncaqda iştirak edənlərin yarısından çoxu hesabat dövründə bələdiyyənin fəaliyyətini qeyri-qənaətbəxş hesab edilməsinin “lehinə” səs verdikdə, yığıncağın protokolunun surəti Azərbaycan Respublikası ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinə təqdim edilsin.
|
||
|
iclasın sədri |
____________________________ (adı, soyadı, atasının adı) |
|
|
iclasın katibi |
____________________________ (adı, soyadı, atasının adı) |
|