"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələr hesabata hazırlaşır - VACiB AçIQLAMA

--2018-01-08 / 15:57

Bələdiyyələr hər il fəaliyyətləri barədə seçicilərinə hesabat verməlidir.   Bəs qanunvericilik bu məqamı necə dəyərləndirir?

Məsələyə münasibət bildirən Azərbaycan şəhər, Qəsəbə və Kənd  bələdiyyələrinin Milli Assosiasiyasının əlaqələndircisi Tofiq Həsənov bildirib ki, bələdiyyələr şəffaflıq prinsiplərinin qorunması məqsədiylə mütəmadi olaraq hesabat verməyə borcludurlar. Vətəndaşlarla daim üsniyyət qurmaqla onların qarşılşdığı problemlərin həlli bələdiyyələrin üzərinə düşən əsas vəzzifələridən biridir.

Odur ki, bələdiyə üzvləri bu məsələdə diqqətli olmalı, qarşılaşdığı problemlərin həlli məqsədiylə fəaliyyətləri barədə seçicilərinə hesabat verməyə borcludurlar.

Bəs qanunvericilikdə bu məsələ öz həllini necə tapır?

Bununla bağlı Tofiq Həsənov bir sıra hüquqi  sənədlərə istinad etməyi zəruri hesab edir.

Belə ki,  Azərbaycan Respublikasının Prezidenti Ilham əliyevin  28 oktyabr 2014-cü il tarixdə imzaladığı 

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunun 

Maddə 22-3 maddəsində qeyd edilir:

“Bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hesabatdan başqa, bələdiyyə hər ilin yanvar ayının üçüncü həftəsinin bazar ertəsi görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verir. Hesabat yazılı formada tərtib edilir və bələdiyyənin iclaslarında təsdiq edilir. Yerli əhalini tanış etmək məqsədi ilə hesabat bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir, habelə elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılır.

Bələdiyyə seçicilərə verdiyi hesabatı təsdiq etdikdən sonra 10 gün müddətində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidir. Müvafiq bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin iştirakını təmin edən və nəticələri protokolla (protokollarla) rəsmiləşdirilən yığıncaqda (yığıncaqlarda) iştirak edənlərin yarısından çoxu hesabat dövründə bələdiyyənin fəaliyyətini qeyri-qənaətbəxş hesab edilməsinin “lehinə” səs verdikdə bu barədə qərar qəbul edilir və yığıncağın (yığıncaqların) protokolu (protokolları) bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilir. Protokolun forması və tərtibinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan protokolu (protokolları) forma və tərtiblə bağlı tələblərə uyğunluq baxımından yoxlayır və uyğunsuzluq aşkar etdikdə protokolu (protokolları) geri qaytarır, uyğunsuzluq aşkar etmədikdə isə 20 gün müddətində bələdiyyənin hesabatı ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərir.

Müvafiq icra hakimiyyəti orqanı hesabat dövründə bələdiyyənin fəaliyyətini qeyri-qənaətbəxş hesab etdikdə bələdiyyənin vaxtından əvvəl buraxılması ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinə müraciət edir.”.

Azərbaycan Respublikasının Prezidenti ilham əliyevin  25 oktyabr 2011-ci il tarixdə imzaladığı  “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasinin Qanunda  qeyd edilir:

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndinə uyğun olaraq qərara alır : “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 3-cü hissəsi aşağıdakı redaksiyada verilsin: “3. Bələdiyyələr öz nizamnaməsində müəyyən edilmiş qaydada yerli büdcənin icrası haqqında yarımillik və illik hesabatı bələdiyyə iclasına təqdim edir. Yarımillik maliyyə hesabatları hesabat dövründən sonrakı ayın 15-dək, illik maliyyə hesabatları növbəti ilin yanvarın 30-dək təqdim edilməlidir. Bələdiyyələr təqdim edilmiş maliyyə hesabatlarını bələdiyyə iclasının qərarı ilə 15 (on beş) gün müddətində təsdiq edirlər. Yerli əhalini tanış etmək məqsədilə bələdiyyələr illik hesabatı onlara elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və s. vasitələrlə çatdırırlar.”

Qanunlardan da göründüyü kimi, bələdiyələr daim hesabat verməli və bunu media orqanlarda da dərc etməyi və yerləşdirməyə borcludurlar.

Belediyye.info

 
ŞƏRHLƏR