"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələr maarifləndirilir

--2015-09-09 / 22:22

ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyətinin “Cənubi Qafqazda yerli özünüidarəetmə proqramı” çərçivəsində bələdiyyələri maarifləndirmək məqsədi ilə silsilə tədbirləri bölgələrdə davam etdirməkdədir. Cari ilin əvvəlində keçən illərdə olduğu kimi növbəti   2 metodiki vəsait işlənib hazırlanmış və yüksək tirajla nəşr edilmişdir. Bu metodiki vəsaitlər “Bələdiyyələrin statusu: hüquq və vəzifələri” və “Bələdiyyə büdcəsinin planlaşdırılması: şəffaflıq və hesabatlılıq” mövzularını ətatə edir. Avqust  ayının sonunda kitablar geniş ictimaiyyətə təqdim edildikdən sonra, regionlarda silsilə seminarlara  start veriliB. Belə ki, 3 sentyabrda Xaçmaz, şabran və Siyəzən bələdiyyələri üçün  Xaçmaz şəhərində, 4 sentyabrda Quba və Qusar bələdiyyələri üçün Quba şəhərində, 8 və 9 sentyabr tarixlərində Sabirabad, Hacıqabul, şirvan, Salyan və Neftçala rayonlarının bələdiyyələri üçün şirvan şəhərində bələdiyyələr üçün regional ədliyyə idarələrinin dəstəyi ilə təşkil edilmiş seminarlarda hər iki metodiki vəsaitin təqdimatı keçirilmiş və kitablar müvafiq region bələdiyyələrə paylanılmışdır. Ümumilikdə bu seminarlarda 378 bələdiyyə sədri və müavini iştirak etmişdir. Qeyd edək ki, seminarların davamı 10 sentyabrda Masallı, Cəlilabad və Yardımlı bələdiyyələri üçün Masallı şəhərində, 11 sentyabrda isə Astara, Lənkəran və Lerik bələdiyyələri üçün Astara şəhərində   baş tutacaqdır.

Bu seminarların cari ilin sonu və gələn ilin birinci yarısında respublikanın digər bölgələrində də keçirilməsi planlaşdırılır.

Belediyye.info

ŞƏRHLƏR