Bələdiyyələr qanunvericliyin tələb etdiyi kimi dekabrin 20 dək oz büdcələri müzakirə edib təsdiq etməlidir. Bələdiyyə əgər bu vaxtadək oz büdcəsini təsdiq etməzsə bələdiyyə sədrinə qarşı hansı addım atıla bilər?
Sualı Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Azər Badamov cavabalandırır:
- Büdcə - hər maliyyə ili üçün iqtisadi subyektin xərclərini və gəlirlərini əhatə edən illik maliyyə planıdır. Bu, gələcək xərcləri və gəlirləri, onların detallaşdırılmış təsvir və tətbiqini hesablayır. Büdcə müəyyən edib təsdiq etmədən gələcək dövrdə hər hansı subyektin normal fəaliyyətini təmin etmək qeyri - mümkündür. Ona görə də hər ilin sonu növbəti ili üçün dövlət büdcəsi, bələdiyyələrin büdcəsi, təşkilatların, müəssələrin və. s büdcələri hazırlanıb təsdiq olunur. Bələdiyyələrin büdcəsi bələdiyyələrin maliyyəsinin əsasları haqqında Azərbaycan Respublikası qanunu ilə tənzimlənir. Bu qanunun 10-cu maddəsinə əsasən növbəti il üçün yerli büdcə haqqında qərar layihəsi müvafiq sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq , bələdiyyə iclasının müzakirəsinə və təsdiqinə təqdim edilir. Yerli büdcənin layihəsi bələdiyyə iclasına təqdim edildiyi tarixdən 10 gün ərzində yerli əhalinin onunla tanış olması məqsədi ilə dərc edilir və cari ilin dekabr ayının 20-dən gec olmayaraq təsdiq edilir.
- Bələdiyyələr büdcələrini mütləq şəkildə bələdiyyə iclasına çıxarmalı və təsdiq edilməsi bələdiyyənin nümunəvi nizamnaməsinin tələbidir və bütün bələdiyyələr öz fəaliyyətlərini qanuna uyğun qurmalıdırlar. Nizamnamənin IV bənd 2-ci maddəsinə uyğun olaraq növbəti büdcə ili üzrə yerli büdcənin layihəsinin və onun icrası haqqında hesabatların təsdiq edilməlıdır. əgər qanuna uyğun şəkildə iclas çağırılmazsa və büdcə müzkirə olunaraq büdcə təsdiq olunmazsa bələdiyyə üzvüləri iclas çağırmalı və bələdiyyə sədrinin fəaliyyətinə qiymət verilməlidir. Həm də bələdiyyələrin fəaliyyəti fəaliyyətinə inzibati nəzarət edən orqan tərəfindən də tənzimlənir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası qanunun 6-cı maddəsinə əsasən bələdiyyələr qəbul etdikləri aktların surətini həmin aktların qəbul edildiyi andan 15 gündən gec olmayaraq inzibati nəzarəti həyata keçirilən orqana göndərilməlidir. Bu qanun 8.7 məddəsində qeyd olunur ki, bələdiyyələrin işində cinayət aşkar etdikdə , inzibati nəzarəti həyata keçirən orqan müvafiq tədbirlər görülməsi üçün səlahiyyətli dövlət orqanına müraciət edə bilər. Qanunun 10-cu masddəsinə uyğun olaraq inzibati nəzarəti həyata keçirən orqan bələdiyyələrin fəaliyyətində qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı ümumiləşdirmələr apara və onları öz təklif və tövsiyələri ilə birlikdə müvafiq bələdiyyələrə təqdim edilə bilər. Bu da bələdiyyələrin fəaliyyətinin qanuna uyğun şəkildə təşkili üçün məsuliyyətinin artırılmasına xidmət edir.
Belediyye.info