"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələr ölkəmizdə demokratiyanının inkişafında mühüm yer tutur

--2017-10-31 / 17:17

Xocəsən bələdiyyəsi 2003 -cü ildən formalaşaraq fəaliyyətə başlamışdır. Bələdiyyə öz inzibati binasında  yerləşir. Xocəsən bələdiyyəsinin ərazisi  5 inzibati ərazi vahidini Sulu-təpə, Xocəsən, 28 May qəsəbələri , Motodrom və Çiçək  yaşayış massivini əhatə edir.  

 Bələdiyyənin ərazisi 43.6 km2 , əhalisinin sayı rəsmi məlumatlara görə 27800 nəfər, qeyri-rəsmi məlumata əsasən isə əhalinin ümumi sayı 50 000 nəfərə yaxındır. Bələdiyyə ərazisində Beynəlxalq Avtovağzal, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Atıcılıq idman Kompleksi, Dağüstü Veloparkı, 4 məktəb, 2 baxça, 3 tibb məntəqəsi, kitabxana, klub, poçt, 4 sənaye, nəqliyyat, tikinti, məişət və digər müəssisələr yerləşir.

Bələdiyyələrimizin öz  fəaliyyətlərini şəffaflıq  prinsipi əsasında qurması, əhalinin bizə inamının artmasına gətirib çıxaran əsas amillərdən biridir. Biz öz fəaliyyətimizi Azərbaycan Respublikasının qanunlarına,  bələdiyyələrin  statusu haqqında müvafiq qanunlara və digər hüquqi normativ aktlara  əsaslanaraq qururuq.  

Ölkəmizdə geniş, hərtərəfli quruculuq işləri aparılır və davamlı olaraq bütün sahələrdə böyük nailiyyətlər əldə olunur. Möhtərəm Prezidentimiz cənab ilham əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan yüksəlir mövqeləri möhkəmləndirilir. Demokratik dəyişikliklərin geniş vüsat aldığı indiki zamanda yerli özünü idarəetmədə, bələdiyyələrin də rolu getdikcə artmaqdadır.

Bələdiyyələr ölkənin tərəqqisində və demokratiyanının inkişafında mühüm yer tutur. inkişaf və tərəqqi ölkəmizin hər yerində olduğu kimi Binəqədi rayonunda da özünü baris şəkildə göstərir. inanıram ki, hamınız bir fikirlədə razılaşarsınız ki, Binəqədi rayonu bütün sahələrdə özünə məxsus idealar və yeni yanaşma prinsipi ilə həmişə fərqlənir.

Məhz buna görə Binəqədi rayon icra hakimiyyəti başçısı cənab Xaləddin isgəndarovun tövsiyəsinə əsasən rayonumuzda 5 bələdiyyədə 2016-cı ilin avqust ayında” ictimai humnitar məsələlər üzrə” sektor yaradılmışdır. Humanitar sektor yarandığı gündən etibarən öz işini təsdiq olunmuş  tədbirlər  planına uyğun qurur.

Humanitar sektorlar cənab Prezidentin verdiyi sərəncamları, fərmanları, keçirdiyi görüşləri və etdiyi səfərlər haqqında məlumatları və bundan əlavə gündəlik olaraq Binəqədi rayonunda görülən işləri bələdiyyələrin  facebook səhifəsində paylaşaraq əhali arasında  maarifləndirmə işləri aparır.

Ötən illərdə bələdiyyələrin ərazilərində yaşayan aztəminatlı ailələr və xüsusi qayğıya ehtiyacı olan uşaqlara da diqqətlə yanaşmış onlar üçün gəzintilər təşkil etmişdir.

15 sentyabr “Bilik Günü” və yeni dərs ilinin başlanması münasibətilə bələdiyyələr, 600-dən çox bal toplamış məzunlarla görüş keçirmiş və onlara  xüsusi hədiyyələr  təqdim etmişlər.

Binəqədi rayonu üzrə Bələdiyyələrdə ictimai-humanitar sektorların təşkilatçılığı ilə Respublikamızda ilk dəfə olaraq müxtəlif yaş quruplu şagirdlər arasında “Vergi olimpiadası keçirərək qaliblər mükafatlandırılmışdır.      

Bələdiyyələrin ictimai humanitar sektorları Məktəblərdə və məhəllələrdə gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinə xüsusi önəm verir. Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması məqsədilə Vətən uğrunda canlarından keçən və aprel döyüşlərində həlak olan şəhidlərimizin xatirəsi əziz tutulur və bununla bağlı görüşlər təşkil edilərək onların keçdikləri həyat yolu öyrənilir və yaxınlarına daima diqqət  və qayğı göstərilir.

ictimai sektorlar bələdiyyələrdə yarandığı gündən hər il keçirilən Yerli Demokratiya həftəsinə xüsusi hazırlaşır. Həmin günlərdə bələdiyyələr əhalinin sıx yaşadığı yerlərdə poçt qutuları yerləşdirir. Bələdiyyələrdə açıq qapı günü  elan edilir və facebook səhifələrində bələdiyyələrin qaynar xətləri yerləşdirilir. Bu da vətandaşların şikayət və təkliflərinin operativ cavablandırılmasına və tez bir zamanda həlli istiqamətində işlər görülməsinə bilavasitə kömək edir.

Anar Abbasov

Binəqədi rayon Xocasən bələdiyyəsinin sədri

 

ŞƏRHLƏR