Milli müstəqilliyimizi Ulu öndərimiz Heydər əliyevin ideyalarına bacarıqla uyğunlaşdıran cənab Prezident ilham əliyevin rəhbərliyi altında çevik dövlət siyasəti həyata keçirilir, uğurla aparılan siyasi-iqtisadi islahatlar ölkənin dinamik inkişafını təmin edir.
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısının dediyi kimi, ”Bütün obyektiv çətinliklərə baxmayaraq, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir və bütün əsas vəzifələr icra olunmuşdur.”
ictimai-siyasi həyatımızın tərkib hissəsi olaraq ölkənin yerli özünüidarəetmə orqanları da bu inkişafa uyğun olaraq fəaliyyətini davam etdirmişdir. Hesabat ilində həmin fəaliyyətin əlaqələndirilməsi, Bələdiyyələrinin Milli Assosiasiyalarının prioritetləri olduğundan, sistemli olaraq müvafiq tədbirlər hazırlanıb həyata keçirilmişdir.
Milli Assosiasiyalar ötən il təşəbbüs irəli sürərək “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” 26 sentyabr 2016-cı il tarixində keçirilmiş Referendum üzrə “Bələdiyyə” təşviqat qrupu yaradaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq üzərinə düşən vəzifələrin icrasında fəallıq göstərmişlər.
Sizin təmsilçiniz olaraq, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektoru ilə, Azərbaycan Respublikasının Milli Məclisinin Regional Məsələlər Daimi Komitəsi ilə, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi ilə əməkdaşlıq əlaqələrimiz davam etdirilmiş, yerli özünüidarənin təkmilləşdirilməsi sahəsində, qanunların qəbulu prosesində Milli Assosiasiyaların da mövqeyi nəzərə alınmışdır. Regional məsələlər daimi komitəsinin bütün iclaslarında Milli Assosiasiyaların sədrləri iştirak etmişlər. Nəzərinizə çatdırım ki, bu cür əməkdaşlığımız MM–in Regional Məsələlər Daimi Komitəsində yaradılmış işçi qrupda da davam etdirilir. Fürsətdən istifadə edərək yığıncağımızda təmsil olunan həmin orqanların nümayəndələrinə şəhər bələdiyyələri adından təşəkkürümüzü bildirirəm.
Hesabat dövrü qanunvericilik bazasına edilmiş yeniliklər və həmçinin yeni müzakirələrin aparılması ilə daha çox zəngin olmuşdur. əminlilkə bildirirəm ki, bələdiyyələrin vəzifə və səlahiyyətlərinə aid olan məsələlərin həllinin sürətləndirməsinə hesablanmış əlavə və dəyişiklərin qəbul olunması, fəaliyyətimizin daha da genişlənməsinə səbəb olacaqdır.
2016-cı ildə yerli özünüidarəetmə orqanları üzərinə düşən vəzifələri daha da məsuliyyətlə icra etməyə çalışmışlar.
Ötən il 68 şəhər bələdiyyəsi tərəfindən “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində 19 istiqamətdə, 409 layihə üzrə, 3.799.000 manatlıq müxtəlif xarakterli bələdiyyə layihələr icra olunmuşdur. Cari ildə isə 19 istiqamətdə, 447 layihə üzrə, 6.450.227 manatlıq müxtəlif xarakterli sosial layihələrin icra nəzərdə tutulmuşdur. Bütün bunlar bir daha onu sübut edir ki, cəmiyyətimizin sosial-iqtisadi inkişafında davamlı olaraq bələdiyyələrimizin də öz yeri və payı vardır.
Sizin də bildiyiniz kimi gördüyümüz bütün işlərin kəmiyyət və keyfiyyəti bələdiyyələrin iqtisadi potensialından asılı olduğundan hesab edirəm ki, yerli büdcənin formalaşması, yeni maliyyə mənbələrinin genişlənməsi məsələləri bu gün ki, Ümumi Yığıncağımızın ciddi müzakirə obyekti olmalıdır.
Nəzərinizə çatdırım ki, təhlillərimiz bu il ilk dəfə olaraq Sizinlə birgə Milli Assosiasiyaların keçən ilin oktyabr ayından tətbiq etməyə başladığı BAMS-a, daxil edilmiş məlumatlar əsasında aparılmışdır. Təhlillər zamanı aydın olmuşdur ki, 2016-cı ildə şəhər bələdiyyələrinin büdcə gəlirləri 11.187.631 manat xərcləri isə 11.157.538 manata bərabər olmuşdur. əvvəlki illərdə olduğu kimi, büdcə daxilolmalarında yerli (bələdiyyə) vergi və ödənişlərdən daxil olmalar üstünlük təşkil etmişdir.
Sizə təqdim olunan 1 saylı cədvəldən görünür ki, büdcə daxilolmalarımızın yəni 11.187.631 manatın, 9.111.505 manatı və ya 81.4 faizi, yerli (bələdiyyə) vergi və ödənişlər, 1.614.849 manatı və ya 14.5 faizi dövlət tərəfindən ayrılan dotasiyalar, 461.277 manatı və ya 4.1 faizi digər ğəlirlər hesabına formalaşmışdır.
Assosiasiyaya üzv bələdiyyələr ötən il yerli (bələdiyyə) vergi və ödənişlərin toplanmasına daha ciddi yanaşmışlar. 68 şəhər bələdiyyəsiindən 43 bələdiyyə və ya 63 faizi. yerli (bələdiyyə) vergi və ödənişlərdən daxil olmalar üzrə respubilka üzrə göstəricidən yəni 81.4 faizdən yuxarı, 25 bələdiyyə və ya 37 faizi aşağı nəticə göstərə bilmişlər.
Lakin apardığımız təhlillərin digər hissəsi onu göstərir ki, şəhər bələdiyyələrinin yerli (bələdiyyə) vergi və ödənişləri 2015-ci illə müqayisədə 7.236.215 manatdan 9.111.505. manatadək (1.875.290 manat) yəni 20.6 faizədək artsa da, , Tərtər bələdiyyəsinin gəlirləri 55.5 faiz, Gədəbəy bələdiyyəsinin gəlirləri 45,5 faiz, Ağsu bələdiyyəsinin gəlirləri 40.7 faiz, ismayıllı bələdiyyəsinin gəlirləri 39,0 faiz, Saatlı bələdiyyəsinin gəlirləri 18,7 faiz, Ağstafa bələdiyyəsinin gəlirləri 13.3 faiz, Yardımlı bələdiyyəsinin gəlirləri 11.2 faiz, Cəlilabad və Xaçmaz bələdiyyələrinin gəlirləri 10.6 faiz Göytəpə bələdiyyəsinin gəlirləri 3.5 faiz Kürdəmir bələdiyyəsinin gəlirləri 4.4 faiz Göygöl bələdiyyəsinin gəlirləri 3.5 faiz azalmışdır.
Ümumilkdə götürsək şəhər bələdiyyələrinin 2016-cı ildə aylıq gəlirləri 13.710 manat təşkil etmişdir.
Biz büdcə gəlirlərimizin təhlilini apararkən yerli vergi və ödənişlərdən daxil olmaların vəziyyətini, bu sahədə mövcud olan problem və çətinlikləri, onların aradan qaldırılması yollarını bir daha götür-qoy etməliyik. Monitorda verilən 2 saylı cədvəldə 2016-cı ildə şəhər bələdiyyələrinin vergi və ödənişlər, dövlət tərəfindən verilən dotasiyalar və digər daxilolmalar haqqında məlumat öz əksini tapır.
Ümumi daxilolmalarda vergi və ödənişlər haqqında aydın təsəvvür yaranması üçün bu barədə məlumatlar 3 saylı cədvəllə verilir.
Təhlillərin bu hissədəki nəticələrinə diqqət edək. Göründüyü kimi, küçə (divar) reklamının yayımı üçün ödəniş üzrə gəlirlərimizdən başqa digər vergi və ödənişlərimiz artmışdır. Bakı şəhəri istisna olmaqla küçə (divar) reklamının yayımı üçün ödəniş üzrə gəlirlərimiz isə 18,5 faiz azalmışıdr. Təssüf hissi ilə qeyd edək ki, küçə (divar) reklamının yayımı üzrə ödənişlə bağlı 28 şəhər bələdiyyəsi passiv mövqe nümayiş etdirərək ümumiyyətlə gəlir əldə etməmişlər. Xaçmaz, şəki, şəmkir, Samux, Qax bələdiyyələri isə büdcə daxilolmalarının cüzi məbləğini, başqa sözlə 2–3 fazini bu növ ödənişlərdən formalaşdırmışlar.
2015-ci illə müqayisədə Fiziki şəxslərdən əmlak vergisi 3.031.025 manat olmaqla 14,0 faiz, Fiziki şəxslərdən torpaq vergisi 946.692 manat olmaqla 5,9 faiz, Bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi üzrə 18.149 manat olmaqla 0,9, faiz Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 107.488 manat olmaqla 39,7 faiz
Nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş 184.786 manat olmaqla 11,9 faiz, Stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş üzrə 46.687 manat olmaqla, 23,4 faiz, Bələdiyyə mülkiyyətinin icarəsinə görə ödəniş üzrə 1.135.711 manat olmaqla 7,3 faiz yüksəlmişdir.
Bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsinə görə ödəniş üzrə 2.565.172 manat vəsait əldə olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 36.4 faiz artımla yadda qalmışdır. Bu növ gəlirimizin yerli vergi və ödənişlərdən daxilolmalardakı xüsusi çəkisi 28.1 % faizə bərabər olçülür.
Gəlirlərimiz arasında ən yüksək artım isə mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişlərdə müşahidə olunur. Bu növ ödənişlər əvvəlki illə müqayisədə 347.967 manat və ya 39,8 faiz artaraq 874.666 manata çatmışdır. Bu göstəricinin yerli vergi və ödənişlərdəki xüsusi çəkisi 9.6 faizə bərabər olmuşdur.
şəhər bələdiyyələri 2016-cı ildə büdcə xərclərinin 49 faizini yerli özünüidarəetmənin saxlanmasına sərf etmişlər. Yalnız 15 şəhər bələdiyyəsi öz işini 49 faizlik göstərici səviyyəsindən aşağı qura bilmişdir.
Belə ki, Qobustan bələdiyyəsi büdcə xərclərinin cəmi 10,5 faizini, Daşkəsən bələdiyyəsi 13.6 faizini, Salyan bələdiyyəsi 18.6 faizini, Masallı bələdiyyəsi 20.9 faizini yerli özünüidarəetmənin saxlanmasına sərf etsələr də Lerik bələdiyyəsi xərclərinin 91.7 faizini, Göytəpə bələdiyyəsi xərclərinin 89.6 faizini, Goranboy bələdiyyəsi xərclərinin 86 faizini, imişli bələdiyyəsi xərclərinin 80 faizini yerli özünüidarəetmənin saxlanmasına sərf edərək artıq məsrəflərə yol vermişlər. Sabirabad bələdiyyəsi isə bir qədər irəli gedərək büdcə gəlirlərinin 95 faizini yerli özünüidarəetmə orqanlarının saxlanmasına sərf etmişdir. Hesab edirik ki, bu kifayət qədər düşündürücü məsələdir. (Təhlillərə dair cədvəllər əlavə olunur).
Başlıca məqsədimiz ondan ibarətdir ki, maliyyə resurslarının müəyyən olunmasına, vergi ödəyicilərinin dəqiq uçotunun aparılmasına həmçinin təhlükəsiz proqram təminatına malik “Yerli (Bələdiyyə) vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sistemi”-nin tətbiqinə diqqətlə yanaşmalıyıq.
Hesab edirik ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin dəstəyi ilə yaradılmış “Yerli (Bələdiyyə) vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sistemi”, ən son nailiyyətlərə uyğun hazırlanmış mükkəmməl bir iKT məhsuludur.
Proqramın tətbiqi ilə bağlı, ötən il Bakı şəhərində və regionlarda 8 təlim keçirmişik. Cari ildə də belə tədbirlər davam etdirilir. Döğrudur, Milli Assosiasiyalarla birgə apardığımız maariflənmə və təlim kursları əsasən gözlədiyimiz effektiv nəticəni verir. əksər bələdiyyələr ötən il tərəfimizdən hazırlanmış həmin sistemin istifadə Təlimatının tələblərinə düzgün əməl etməklə məlumatları vaxtında qeydə ala bilirlər.
Lakin təəsüflər olsun ki, bir sıra bələdiyyələrdə BAMS-ın fəaliyyətinin təşkilində bələdiyyə kadrlarının komputer sahəsində bilik bacarıqları, özlərinə inamı yetərincə deyil. Cavabdeh şəxslər tərəfindən məsuliyyətsizliyə yol verildiyindən şəbəkə üzrə məlumatlar sistemli olaraq yenilənmir.
Bir dəfəlik qəbul etməliyik ki, BAMS-ın fəaliyyəti mövsümi xarakter daşımır. Bu günün tələblərinə uyğun olaraq biz Sizinlə birgə, tezlikə BAMS-ı daim yenilənən işlək bir şəbəkəyə çevirməliyik.
Milli Assosiasiyalarımıza və bəzi bələdiyyələrimizə daxil olan məlumatlara əsasən bildiririk ki, vətəndaşlar vergi və ödənişləri nağdsız ödəyərkən bank və poçt müəssisələrindən başqa onlayn ödəmə imkanlarının yaradılmasını xahiş edirlər. Ona görə də işimizin bu istiqamətədə qurulması vacib məsələlərdəndir.
iqtisadi potensialımızın dayanıqlı maliyyə mənbələri üzərində qurulmasının müxtəlif yollarından biri də bələdiyyəyə məxsus müəssisə və xidmət sahələrinin yaradılmasıdır. Bu iqtiqamətdə şəmkir rayonunda bir sıra tədbirlər həyata keçirilmiş və yeni istehsal sahələri yaradılmışdır. 14-15 noyabr tarixdə milli assosiasiyaların təşəbbüsü ilə şəmkir şəhərində "Bələdiyyələrin maliyyə və iqtisadi potensialının gücləndirilməsi” mövzusunda təşkil olunan konfransın işində Milli Məclisin Regional məsələlər komitəsinin rəhbərliyi, deputatlar, aidiyyəti nazirliklərin nümayəndələri iştirak etmiş, mövzu ətrafında səmərəli müzakirələr aparılmış, təkliflər dinlənilmişdir. Konfrans iştirakçıları şəmkir şəhər bələdiyyəsinin və rayon bələdiyyələrinin istehsalat müəssisələri və təsərrüfat obyektləri ilə tanış olmuşlar.
Hesabat ilində bir sıra bələdiyyələrimiz məhəllə komitələri ilə aparılan işi daim diqqətdə saxlamış, yerli vergi və ödənişlərin toplanmasında onlardan daha səmərəli istifadə etmişlər. əldə olunan vəsait isə həmin ərazilərin bələdiyyə layihələrinə sərf edilmişdir. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və şirvan şəhərlərində daha çox yeni məhəllə komitələri yaradılmışdır. Məhəllə komitələri ilə bağlı məsələnin mahiyyətində vətəndaş-bələdiyyə əlaqələrinin möhkəmlənməsi dayandığından biz bu sahədə fəaliyyətimizi qarşıdakı dövrdə də davam etməliyik.
Hesabat ilində yerli demokratiyanın inkişafı istiqamətində şəhər bələdiyyələri tərəfindən 2016-cı ilin oktyabr ayının 31-dən noyabr ayının 06-dək “Çoxmədəniyyətli cəmiyyətlərdə birgə yaşayış: hörmət, dialoq, qarşılıqlı əlaqə” mövzusunda, “Azərbaycanda Yerli Demokratiya Həftəsi” ənənəvi tədbirləri keçirilmişdir. Qeydə alınmışdır ki, 569 görüşdə 92.454 nəfər iştirak etmiş, bələdiyyələrdə 6.344 nəfər vətəndaş qəbul olunmuşdur.
Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə 2016-cı il Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilmiş və ölkəmizdə il ərzində çoxsaylı tədbirlər həyata keçirilmişdir. Milli Assosiasiyaların tövsiyyələrinə uyğun olaraq digər tədbirlər kimi “Yerli Demokratiya həftəsi” zamanı multikultiral dəyərlərin təbliğinə dair tədbirlərin keçirilməsi tövsiyyə edilmişdir. Binəqədi rayon bələdiyyələrinin və Milli Assosiasiyaların təşkilatçılığı ilə Latviya, Litva və Estoniya Respublikalarının Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin rəhbərlikləri səviyyəsində 2016-cı ilin noyabr ayının 03-də Binəqədi rayonun Binəqədi qəsəbəsinin Mədəniyyət Mərkəzində “Multikulturalizmin inkişafında bələdiyyələrin rolu” mövzusunda tədbir keçirilmişdir.
Hesabat dövründə Milli Assosiasiyamız yerli özünüidarəetmə məsələləri ilə bağlı Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, beynəlxalq qurumlar və qeyri hökumət təşkilatları, xarici ölkələrin assosiasiyaları və bələdiyyələri ilə əməkdaşlıq əlaqələrini davam etdirmişdir.
Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən “Proqramlar üzrə əməkdaşlıq Çərçivəsi” xətti ilə və digər beynəlxalq tədbirlərdə şəhər bələdiyyələrinin rəhbərləri də iştirak etmişdir. Ötən il Ümumi Yığıncaqda verdiyimiz sözlərə əməl edərək bir sıra bələdiyyə sədrlərinin Assosiasiyanın xətti ilə Fransa, Çexiya, Türkiyə, Rusiya, Latviya və Litva ölkələrinə səfərləri təşkil edilmişdir.
Milli Assosiasiyaların nümayəndə heyəti, Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü ilə birlikdə 18-22 may tarixlərində Latviyada təcrübə mübadiləsində olmaqla Latviya Bələdiyyələr ittifaqının Konqresində iştirak etmişlər. Keçən il mart ayında Milli Məclisin Regional Məsələlərin Daimi Komitəsinin rəhbərliyi ilə deputatlardan və Milli Assosiasiyaların rəhbərliyindən ibarət nümayəndə heyətinin Latviya Respublikasına səfəri və tanışlıq proqramı barədə ötən yığıncağımızda Sizlərə məlumat vermişdik.
2016-cı ilin sentyabr ayında Milli Assosiasiyalarımızın nümayəndə heyətinin Litvaya və noyabr ayında isə Litva Bələdiyyələr ittifaqının nümayəndə heyətinin ölkəmizə qarşılıqlı səfərləri baş tutmuşdur. Sevindirici haldır ki, Milli Assosiasiyaların xətti ilə təşkil olunan səfərlərdə və Azərbaycana gələn nümayəndə heyətlərinin qəbulları zamanı Milli Məclisin Regional Məsələlərin Komitəsinin rəhbərliyi və deputatlarının bizi dəstəkləməsi nəzərdə tutulan tanışlıq proqramların yüksək səviyyədə olmasını təmin edir.
Məlumat üçün bildirim ki, son səfər zamanı Azərbaycanın və Litvanın bəzi şəhərlərinin əməkdaşlıq perspektivləri müzakirə edilmişdir. Müzakirələrin nəticələrinin cari ildə reallaşması nəzərdə tutulur. ilk olaraq may ayında Azərbaycanın Qazax rayonu ilə Litvanın Trakay şəhərinin qarşlıqlı əməkdaşlıq haqqında protokolunun imzalanması məqsədilə nümayəndə heyətinin Litva Respublikasına səfəri reallaşacaqdır.
Bu ilin aprel ayında isə Latviyanın Rezekne diyar bələdiyyəsinin rəhbərliyinin respublikamıza səfəri zamanı aparılan müzakirələrin nəticəsi olaraq Azərbaycanın Ağdaş rayonu ilə Rezekne diyarı arasında qarşılıqlı əməkdaşlıq protokolunun imzalanması üçün nümayəndə heyətinin bu ilin iyul ayında Latviya Respublikasına dəvət olunması nəzərdə tutulmuşdur.
Hesabat dövründə ölkənin dövlət və qeyri hökumət orqanları ilə əməkdaşlığımız davam etdirilmiş, bir sıra tədbirlərdə Milli Assosiasiyaların iştirakı təmin olunmuşdur.
Bakı şəhərinin bələdiyyə sədrlərinin iştirakı ilə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin 2016-cı ilin noyabr 11-də “Yaşayış massivlərində əhalinin fövqəladə hallara hazırlanması” mövzusunda keçirilən təlim kursları təşkil olunmuşdur.
Bələdiyyələrin Fəaliyyətinin Təbliği ictimai Birliyi ilə yerli özünüidarəetmə orqanlarının həyata keçirdiyi layihələrin ictimailəşdirilməsi, yerli vergi və ödənişlərin yığımını artırmaq üçün əhalinin də maariflənməsi istiqamətində müzakirələr aparılmış, cari ildə isə bir sıra birgə layihələr icrası reallaşacaqdır.
Qeyd edim ki, 2017-ci ildə digər qurumlarla da birgə fəaliyyətimiz davam etdiririk. Artıq Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və Qadınlar Bələdiyyələrin inkişafı Uğrunda ictimai Birliyi ilə tərəfdaş olaraq qadın sahibkarlığının inkişafına dair beynəlxalq konfransda iştirak etmişik. Ötən il ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi ilə birgə bələdiyyə üzvləri və qulluqçuları üçün maarifləndirmə tədbirləri cari ildə də davam etdiriləcəkdir.
Hesab edirəm ki, 2017-cı ildə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində xüsusən yerli vergi və ödənişlərin toplanmasında və BAMS-ın tətbiqinin arzu olunan səviyyədə təşkil edilməsində Sizlərlə birgə hələ xeyli işlər görməliyik. Eyni zamanda ölkə başçısı tərəfindən müəyyən olunmuş məqsədyönlü siyasətə uyğun olaraq qarşımızda bir sıra yeni vəzifələr qoyulmuşdur.
əmin ola bilərsiniz ki, cəmiyyətimizdə baş verən sosial-iqtisadi yönümlü islahatlardan və yeni qəbul edilən digər normativ xarakterli aktların icrasından irəli gələn məsələlərin həlli zamanı istər metodiki və əməli köməklik göstərilməsində Milli Assosiasiyalar hər zaman Sizləri dəstəkləyəcəkdir.
Təmraz Tağıyev
Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasınıən sədri,
Nərimanov bələdiyyə sədri