Bələdiyyələrimiz ötən il əmlakın özəlləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən nə qədər vəsait əldə edib? Azərbaycanda formalaşan 1606 bələdiyyənin 2019-ci ildə büdcə gəlirlərinin həcmi 36.381.800 manat olub ki, bu rəqəmin 13.101.300. manatı qeyd edilən istiqamətdən daxil olub. Bu rəqəm 2018-ci illə müqayisədə 3.3 faiz az deməkdir.
Bu barədə Belediyye.infoya məlumat Dövlət Statistika Komitəsindən daxil olub.
əldə edilən ümumi vəsaitin 23 faizi yəni 8.359.400 manatı əmlakın özəlləşdirilməsindən, 13 faizi isə, yəni 4.741.900 manatı isə əmlakın icarəyə və istifadəyə verilməsindən əldə edilib. əmlakın özəlləşdirilməsindən azalma hiss ediləsə də əmlakın icarəyə və istifadəyə verilməsində 5.1 faiz artım baş verib.
Belediyye.info