"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələr ötən il nə qədər qazanıblar?

--2017-01-22 / 12:33
  • Nəsimi bələdiyyəsi 2016-cı ilin yekunlarına görə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə  344.718 manatdan  26 % artaraq 434.764 manat olmuşdur. 2016-cı il üçün dövlət tərəfindən ayrılmış 60 000 manat dotasiya nəzərə alınmaqla, bələdiyyəyə ümumi daxilolmalar  494.764  manat təşkil edib.
  • Pirallahı bələdiyyəsinin 2016-cı il ərzində  25.588.73 manat  büdcə gəliri olub. Bu vəsait bələdiyyə büdcəsinə fiziki şəxslərdən torpaq vergisi və əmlak vergisi hesabına yığılmışdır. 
  • Sabunçu rayon Kürdəxanı bələdiyyəsinin büdcəcinə 63.256 man. vəsait daxil olub.
  • Mingəçevir bələdiyyəsinin 2016-cı ildə bələdiyyə büdcəsinin gəlirləri 415.853 manat olub. Gəlirlər aşağıdakı mənbələrdən formalaşıb: -fiziki şəxslərdən torpaq vergisi 14.224 manat (2015-ci ildəkindən 2 dəfə çox); -fiziki şəxslərdən əmlak vergisi 14711 manat (27%çox); -yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 13150 manat (45%az);  -bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə (divar) reklamının yerləşdirilməsi üçün ödəniş 4524 manat (7 dəfə çox); -bələdiyyə tərəfindən xüsusi ayrılmış torpaq sahələrində mövsümi ictimai-iaşə və digər xidmətlərə görə ödəniş 3949 manat (6% çox); -bələdiyyə ərazisində mehmanxana və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş 2218 manat (46% çox); -bələdiyyə ərazisində nəqliyyat vasitələrinin dayanacaqları üçün ödəniş 3035 manat (30% çox); -icarəyə verilmiş torpaq sahələrindən ödənilən icarə haqqı 119700 manat (1,1 % çox); -bələdiyyənin digər fəaliyyətindən daxil olan gəlir 15989 manat (11% az) olub.  Bunlardan əlavə, dövlət büdcəsindən Mingəçevir bələdiyyəsinə ötən il 170.000 manat dotasiya ayrılıb.  Göründüyü kimi, iqtisadi çətinliklərə baxmayaraq, 2016-cı ildə bələdiyyə büdcəsinin gəlirlərində 2015-cı illə müqayisədə 19% artım olub. 
  • Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin büdcəsinə 298.849 manat vəsait mədaxil olunub.
  • Salyan bələdiyyəsinə 2016-ci ildə yerli büdcənin vəsaiti üzrə gəlirlər 200.278 manat olub: o cümlədən  torpaq vergisi 23.905 manat, əmlak vergisi 23.645 manat, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 45.450 manat, bələdiyyə əmlakının özəlləşdirilməsindən daxil olan ödəniş 91.419 manat, bələdiyyə əmlakının icarəyə verilməsindən daxil olan gəlirlər 5.859 manat və dövlət büdcəsindən dotasiya 10.000 manat olmuşdur.
  • Sumqayıt şəhər H.Z.Tağıyev bələdiyyəsinin hesabat dövrü ərzində yerli büdcənin (bələdiyyə) gəlirləri – 56.716 manat, o cümlədən 9.717 manat torpaq vergisindən, 12.748 manat əmlak vergisindən, 17.701 manat torpaq icarə haqqından, 8.250 manat torpaq sahəsinin alqı-satqısından  və 8.300 manat isə dövlət büdcəsi tərəfindən verilən dotasiyadan ibarət olmuşdur.
  • Qaradağ rayon Səngəçal bələdiyyəsinin gəliri proqnoz üzrə nəzərdə tutulanın 74%-ni təşkil etmişdir. Bunlardan 7.63% topaq vergisindən, 36.61% əmlak vergisindən, 8.06 % icarə haqqından, 9.91% dotasiya, 11.53% digər gəlirlərdən olmuşdur.
  • Astara bələdiyyəsi 2016-cı il üzrə büdcəni 42,8 faiz icra etmişdir.Büdcəyə daxilolmalardan vergilərdən daxilolmalar-17,9 faiz, torpaq vergisi -20,3 faiz,  əmlak vergisi-13,2 faiz ,digər gəlirlər-55,5 faiz, mülkiyyətdən gələn gəlirlər-28,3 faiz,icarə haqqı 28,3 faiz,mal və xidmətlərin satışından daxilolmalar -85,1 faiz,dotasiya 12 faiz icra olunmuşdur.
  • Nizami rayon Keşlə bələdiyyəsinin mədaxili 131.996 manat olmuşdur. O cümlədən yaşayış sahələrindən yığılan vergilər:  torpaq vergisi 38424 manat,  əmlak vergisi 82650 manat; sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən yığılan vergilər:  icarə haqqı 3322 manat, mehmanxana rüsumu 1200 manat;  dotasiya 6400 manat olmuşdur.
  • Ağsu bələdiyyəsinin yaydığı məlumata görə, 2016-cı il ərzində bələdiyyənin  35.036 manat  büdcədaxilolmaları olub.
  • Xəzər rayon Binə bələdiyyəsinin 2016-cı ildə bələdiyyənin gəlirləri cəmi: - 118.826-70 olub:  cümlədən  torpaq vergisi-30.984-50,  əmlak vergisi- 74.372-90,  icarə haqqı- 4550 manat

(Material bu günədək Belediyye.infoya daxil olan hesabatlar əsasında hazırlanıb)

 

ŞƏRHLƏR