"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələr paytaxta toplaşır

--2017-12-12 / 15:32

ədliyyə Nazirliyinin və Azərbaycan şəhər Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının təşkilatçılığı ilə Bakıda “Bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin edilməsi: mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda konfrans keçiriləcək.

18 dekabr tarixində keçiriləcək konfrans “Park iNN” otelində baş tutacaq.

Belediyye.infoya bu barədə məlumatı Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının əlaqələndiricisi Tofiq Həsənov verib.

Konfransda Azərbaycan Respublikası Prezident Adminstrasiyasının ərazi-təşkilat şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov, Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər Komitəsinin sədri Arif Rəhimzadə, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi Zahir əlizadənın çıxışları nəzərdə tutulub.

Milli Məclis üzvlərinin, milli bələdiyyə assosiasiya sədrlərinin  iştirak edəcəyi konfransın keçiriliməsində məqsəd bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin edilməsi yollarının müzakirəsidir.

Konfransda ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin inzibati Nəzarət idarəsinin rəisi Ruslan Osmanlının "inzibati nəzarət icraatı zamanı aşkar olunan nöqsanlar və onların səbəbləri” mövzusunda geniş məruzəsi  planlaşdırılıb.

Konfransa Bakı, Sumqayıt və Abşeron bələdiyyələrinin sədrləri, QHT və KiV təmsilçiləri dəvətlidirlər.

Konfransda əsas məruzədən sonra geniş. müzakirələrin keçirilməsi nəzərdə tutulur.

Belediyye.info

ŞƏRHLƏR