"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələr prezidentin kursunu rəhbər tutaraq səlahiyyətləri çərçivəsində fəaliyyət göstərirlər

--2016-07-27 / 00:26

Bələdiyyənin fəaliyyəti haqqında hesabat verərək qürur hissi ilə vurğulamaq istəyirik ki, həyatımızda, işimizdə hamımızı ruhlandıran odur ki, Respublikamızın Prezidenti ilham əliyevin rəhbərliyi ilə gələcəyə hesablanmış əhatəli dövlət proqramlarının genişmiqyaslı sosial və infrastruktur layihələrinin  həyata keçirilməsi nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoyulmuşdur.

Prezident ilham əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətin ən ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün layiqli və firavan həyat tərzinin təmin olunması, ölkədə azad və demokratik cəmiyyətin qurulmasıdır. Bütün bu proseslərdə Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan gəlir.

Respublikamızda fəaliyyət göstərən bütün qurumlar kimi, bələdiyyələr də hörmətli prezidentimiz ilham əliyevin kursunu rəhbər tutaraq səlahiyyətləri çərçivəsində fəaliyət göstərirlər.

Bələdiyyələr aparılan köklü  islahatlar və yaşanan dinamik tərəqqi dövründə özünün inkişaf yolunu keçir, vətəndaşların mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində iştirak edir, onların etibarını qazanmağa və cəmiyyətimizdə özünəməxsus yer tutmağa səy göstərirlər.

əvvəlki illərdən çox fərqli olaraq, görülmüş və görülən irimiqyaslı abadlıq, təmir-tikinti işləri Binəqədi Rayon icra Hakimiyyətinin rəhbərliyinin təşəbbüsü ilə davam etdirilir və bu müsbət dəyişikliklər əhalimiz tərəfəindən minnətdalıqla qarşılanır. Biz də bələdiyyə olaraq fəaliyyətimizi Rayon icra Hakimiyyəti ilə sıx əlaqə və ərazimizdə yaşayan vətəndaşların sosial sifarişləri əsasında qururuq.

Bələdiyyənin fəaliyyəti ilə bağlı hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və onların icrası təmin edilmişdir. Baxılmış məsələlər sırasında büdcənin icrası sosial, maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətlərinin həlli və digərləri ilə bağlı olmuşdur.

Ümumi iclaslarda müzakirə edilmiş məsələlər bir qayda olaraq, əvvəlcədən bələdiyyənin daimi komissiyaların iclaslarında müzakirə edilmişdir. ilin I yarısında 8 ümumi iclaslarda baxılmış məsələlərə aid 35 qərar qəbul edilmişdir.

Ümumi iclasların protokolları mütəmadi olaraq “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8 maddələrinin tələblərinə uyğun AR ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir.

Hesabat dövründə bələdiyyə nəzərdə tutulan tədbirləri həyata keçirərkən təsdiq edilmiş büdcənin icrasına ciddi nəzarət edirdi.

Ümumiyyətlə hesabat dövründə bələdiyyə büdcəsinə 295.2 min manat gəlir daxil olmuş, xərclər 297.5 min manat təşkil etmişdir. Xərclərin 2.3 min manatdan artıq hissəsi 01.01.2016-ilə kassa və bank hesablarında qalıq, qalan 5.5 min manat hesabına ödənilmişdir.

Büdcə gəlirlərinin əsas mənbəyi olan - torpaq vergisindən– 25.7 min manat; bələdiyyə əmlak vergisindən- 117.0 min manat; icarə vergisindən 47.9 min manat, reklamların yayımından– 0.3 min manat; avtodayanacaqlardan– 0.4 min manat;  mehmanxana xidmətindən - 2.5 min manat, bələdiyyənin göstərdiyi xidmətlərdən (məişət tullantılarının yığılması və daimi avtodayanacaqlardan daxil olan rüsumlar) 6.4 min manat,  dotasiyadan– 95.0 min  manat daxil olmuşdur.

Cari ilin 6 ayı ərzində 200, 2 min manat vergi və rüsumlar yığılmışdır. Aylar üzrə: yanvar ayı üçün – 29.2 min man., fevral ayı üçün -40.1 min  man., mart ayı üçün – 29.0 min man., aprel ayı üçün – 35.3 min  man., may ayı üçün -32.1 min man., iyun ayı üçün- 34.5 min  manat. Orta aylıq yığım 33.4 min manat təşkil edir.

Bələdiyyənin büdcəsinə daxil olmalar AR Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.

əhalidən rüsümların və vergilərin yığılması zamanı vergi ödəyiciləri arasında mövcüd qanunlar barədə məlumatlar verilir. Yığılan rüsümlar və vergilər haqqında məlumat hər gün təhlil edilir.

Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq və qanunla nəzərdə tutulan inzibati tədbirlər görülürdü.

AR Vergilər Məcəlləsinin 102-ci maddəsində nəzərdə tutulan müddəalara əsasən 1200 təqaüdçünün sənədləri əsasında əmlak vergisinin ödənilməsində güzəşt hüququ əldə etmişlər.

Yığılan rüsumlar bələdiyyə büdcəsinə mədaxil olaraq, maliyyə hesabatlarında öz əksini tapmış və bu barədə aidiyyatı təşkilatlara təqdim edilən məlumatlarda qeyd edilmişdir.

Bələdiyyənin büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir: daimi əsaslarla bələdiyyədə çalışan bələdiyyə üzvlərinin və qulluqçularının əmək haqqına- 59.3 min manat, xidməti müqavilə əsasında çalışan müfəttişlərin əmək haqqına– 37.7 min  manat, bələdiyyənin saxlanmasına– 20.1 min manat, inzibati ərazidə məişət tullantılarının yığılması və daşınması üçün xidmət haqqı– 35.4 min manat,  abadlıq, quruculuq və təmir işləri üçün 111.9 min manat təşkil etmişdir.

Bələdiyyəmiz cari ildə görəcək işlərini planlaşdırarkən nəzərə almışdır ki, son illərdə 6, 7, 8, 9, 9a mikrorayonlar, Naxçıvani və Dərnəgül yaşayış massivlərində Rayon icra Hakimiyyəti tərəfindən iri miqyaslı təmir və abadlıq işlərinin görülməsi davam etdirilir və əsas diqqət RiH-in rəhbərliyinin tövsiyyələrinə uyğun Novxanı, Goradil, Fatmai bağlar yaşayış sahələrində , çimərliklərin və yolların təmizliyinə yönəldilmişdir. Bu ərazi 993,4 ha təşkil edir və 15 min əhali yaşayır.

Son illər əhali tərəfindən bu zonada aktiv və çoxlu sayda tikinti işləri aparılır, ilin fəsilindən asılı olmayaraq sayca insanların burada yaşaması və gediş-gəlişi günü-gündən artır. Təbii olaraq bu ərazidə təmizliyin qorunmasına nəzarətin gücləndirilməsi tələb olunur.

əfsuslar olsun ki, bu bağ massivlərində yaşayan sakinlər tərəfindən ərazinin təmizliyinin saxlanmasına ciddi riayət edilməməsi problem yaradır. Odur ki, bələdiyyə tərəfindən ərazi zonalara bölünmüş, məsul işçilər ərazidə təmizliyin vəziyyəti daimi nəzarət altında saxlayır.

Kütləvi istirahət yeri olan Novxanı şimərlik zonasında çirklənmədən qorunması bələdiyyənin diqqət mərkəzindədir. Çimərlik sezonun başlanması ərəfəsində Binəqədi RiH, Gənclər təşkilatının, bələdiyyə və digər rayon idarələrinin işçiləri birgə iştirakı ilə iməclik təşkil edilmişdir. Çimərliyin geniş ərazisi tullantılardan təmizlənmişdir. Bu kimi aksiyalar sezon zamanı təkrar ediləcəkdir.

Bu yaxınlarda ekoloji durumun yoxlanması ilə bağlı bələdiyyə kütləvi istirahət zonalarının kanalizasiya sularının qanunsuz şəkildə dənizə axıdılması ilə bağlı monitorinq keçirilmişdir. Aşkar edilmiş qanunpozuntularına dair inzibati aktlar tərtib edilmiş, bir təsərrüfat subyektinin rəhbəri cərimə edilmiş, nöqasanların aradan qaldırılması ilə bağlı aidiyyatı qurumlara müraciət edilmişdir.

Bələdiyyə ərazisində bir sıra abadlıq işlərində iştirak etmişdir. Sakinlərimizin xahişlərini,təkliflərini nəzərə alaraq, bütün inizbati ərazidə yaşıllıq zonaları, ağacların suvarma işləri gündəlik nəzarətə götürülüb. Hər gün bu məqsədlər üçün 130-150 ton su istifadə olunur.

- 9 mkr., M.Cəlal küçəsi 123, Azadlıq prospekti 20 ünvanında fontanlar, Azadlıq prospekti 18, A.Məmmədov küçəsi 69 saylı binanın qarşısında şəlalələr təmir edilib.

- 8 mkr., 91-94a binaların qarşısında uşaqlar üçün oyuncaq meydançasının qurulmasında bələdiyyə iştirak edib.

- Azadlıq prospekti 32 və 182/20 saylı binanın həyətində yaşıllıqların suvarılm işlərinin görülməsi məqsədilə artezian quyusu qazılıb.

- Keçmiş trolleybus parkının idarə binasının qarşısından Z.Bünyadov prospekti boyunca Azadlıq prospekti də daxil olmaqla çoxli sayda gül-çiçək əkilmiş və yaşıllıq zolaqları salınmışdır.

- Naxçıvani küçəsi və Azadlıq prospekti ilə (“Baku Electronics” firma mağazasının yanında) kəsişməsində məişət tullantıları üçün konteynerlərin yerləşdirilməsi üçün meydança tikilmişdir.

- ərazidə təmir, abadlıq işlərinin görülməsi çərçivəsində Azadlıq  prospekti 188- 199  və S.S.Axundov küçəsi 9a saylı binalarda pəncərələr yenidən hazırlanıb, quraşdırılmışdır.

Bələdiyyə hesabat dövründə sakinlərlə daha sıx əlaqələr yaradılması məqsədilə, onların narahat edən problemlərin öyrənilməsi, bələdiyyə fəaliyyətinin səmərəliliyinin artması istiqamətində görülən işlərin sırasında “Məhəllə Komitələr”inin imkanlarından  istifadə etmişdir.

Hal-hazırda bələdiyyələrin “Məhəllə Komitələri” haqqında AR Qanuna uyğun ərazimizdə 65 komitə fəaliyyət göstərir. əvvəlki illərdən fərqli olraq yeni seçilmiş komitə sədrləri arasında yeni simalar, gənclər, qadınlar daha çoxdur. Onların əksəriyyəri bu ictimai vəzifəyə daha  məsuliyyətli və yüksək maraqla yanaşırlar.

Bələdiyyə onlarla məhəllə komitələrinin fəaliyyətlərinə dair mövcud qanunvericiliyin öyrənilməsi üçün treninqlər keçirilməsini təşkil edib.

Birgə səylər nəticəsində bələdiyyənin ərazisində ayrı-ayrı zonalarda “Məhəllə Komitələri”nin fəallarının köməkliyi ilə görüşlər keçirilib. Sakinlər tərəfindən irəli sürülmüş təkliflər, şikayətlər qeydə alınıb, onların həlli ilə bağlı konkret işlər görülüb. Misal üçün A.Məmmədov küçəsi 56-57 saylı binaların qarşısında sakinlərin istəyi ilə söhbətgahlar quraşdırılıb, ərtaf ərazi abadlaşdırılıb.

- 7 mkr, F.Məlikov küçəsi, 3a, 3b, 3v binaların sakinləri ilə görüşdə məhəllənin abadlaşdırılmasını xahişi əsasında işlər görüləcək.

Ümumiyyətlə 6 ayda Məhəllə Komitələrinin yaxın iştirakı ilə sakinlərlə 6 görüş keçirilib və bu praktika davam etdiriləcəkdir.

Eyni zamanda hesab edirik ki, Məhəllə Komitələri sakinləri arasında təbliğat işləri gücləndirilməlidir. əsasən bu vergilərin büdcəyə ödənilməsinə aiddir. Bələdiyyənin maliyyə imkanları nə dərəcədə  yüksək olsa, sözsüz ki, sakinlərin təkliflərini icra edilməsində imkanlarımız artacaqdır.

Bələdiyyə şəhid, əlil, aztəminatlı, tənha, xəstə və maliyyə dəstəyinə ehtiyyacı olan sakinlərə daim diqqət mərkəzində saxlayır. Yardıma görə bələdiyyəyə müraciət edən sakinlərin xahişləri Sosial məsələlər daimi komissiyasında baxılır. Təqdim edildiyi rəyi əsasında bu kateqoriyada olan vətəndaşlara maddi yardım göstərilməsi barədə iclaslarımızda qəraralar qəbul edilir.

Ümumiyyətlə 6 ay ərzində bələdiyyə tərəfindən 27 nəfərə  4.8 min manat məbləğində büdcədən maddi yardım göstərilib.

Onların sırasında şəhid ailələrinin yas mərasimlərinin təşkili üçün, Xocalı faciəsi şəhid ailələrinə, aztəminatlı ailədən olan gənclərin və məktəblilərin Azərbaycan Dövlət Dram teatrında “Xəcalət” tamaşasına aparılması;

- Novruz bayramında21 nəfər şəhid ailələrinə bayram sovqatı verilməsi;

- Ramazan bayramı ilə əlaqədar aztəminatlı ailələr üçün “iftar süfrəsi”nin açılması (9 mkr., A.Məmmədov küçəsi, “Xeyir-şər”evində);

- 05.07.2016-cı il tarixdə “Ramazan” bayaramı ilə əlaqədar inzibati ərazidə yaşayan aztəminatlı-106 ailəyə bayram sovqatı verilməsi;

Bələdiyyə torpaqlarının qanunsuz istidafə hallarının qarşısının alınması istiqamətində işlər görür.

Bu işlərin həyata keçirilməsi “Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 30 sentyabr 2015-ci il tarixli Qanunun tələbləri bizə daha ciddi yanaşmağı tələb edir.

Mülkiyyətin idarə edilməsi şöbəsinin işçiləri hər gün ərazidə baxış keçirilər, qanun pozuntularısu halları aşkar edilən zaman müvafiq orqanlara müraciət olunur və belə halların qarşısının alınmasında dair tədbirlər görülür. Bu kimi hallar daha çox bağlar zonasında baş verir. Bu zonalara konkret şəxslər təhkim olunub və gündəlik nəzarət həyata keçirilir.

Bələdiyyə vətəndaşların mülkiyyətində olan torpaq sahələrinin istifadəsi, icarəsi ilə bağlı yaranmış mübahisəli məsələlərin həllində hüquqlarının təmin edilməsi sahəsində bir sıra işlər də görmüşdür. Məhkəmə orqanları ilə birlikdə 11 nəfər vətəndaşın qanuni maraqları təmin edilmişdir.

Bu sahədə “Hüquq məsələləri daimi komissiyası” və “Hüquq sektoru”nun səyləri son zamanlar daha da artıb.

Bələdiyyə vətəndaşların ərizə və şikayətlərinə baxılmasını işimizin əsas istiqamətini təşkil edir.

Hesabat dövründə Bələdiyyənin “Ümumi şöbə”sində daxil olmuş 266 məktub qeydiyyata alınmışdır.

-Bələdiyyələrlə iş Mərkəzindən-20, Binəqədi RiH-dən-30, məhkəmə orqanlarından-128, müxtəlif idarə və təşkilatlardan daxil olmuş məktublar və informasiyalar-88

2016-cı ilin əvvəlindən bu günə qədər bələdiyyənin ünvanına vətəndaşlardan- 269 müraciət daxil olmuşdur. 

Onlardan:

vətəndaşın adına torpaq sahəsinin olub-olmaması barədə,

Dövlət Sosial Müdafiə fonduna arayışlar(sosial yardımların

ayrılması, ölümlə bağlı müavinətlərin ayrılması barədə,

hərbi hissələrə müraciətlər və digər arayışların

verilməsi ilə bağlı)                                                                     -133 ərizə (49.5%)

 

torpaqla bağlı (sənədləşmələr, torpaq

sahəsinin ayrılması, addan-ada keçirilmə)     - 42 ərizə (15.7%)

 

-maddi yardımların göstərilməsi haqqında                                   -49 ərizə (18.3%)

şikayət (verginin hesablanması və ödənişi barədə)                        - 7 ərizə (3%)

 

inzibati ərazidə avtodayanacaqların yaradılması

ilə bağlı                                                                                                         - 4 ərizə (1.1)

 

daxili yazışmalar (işə qəbul, işdən azad

 olma və məzuniyyətlə bağlı)                                                                        - 25 ərizə (9.3%)

 

digər mövzulu (tədiyyə bildirişləri barədə,

kənd təsərrüfatı yarmarkasının

yaradılması, suvarma sisteminin quraşdırılması və s.) 9 ərizə (3.1%)

Daxil olmuş müraciətlər müvafiq qaydada cavablandırılmışdır. Vətəndaşların rahat və vaxt itirmədən qəbulunu təmin edilməsi məqsədilə bələdiyyənin “Ümumi şöbə”də “Vətəndaşların qəbulu və müraciətləri” üzrə mütəxəssis koordinasiya işi aparır.

Ümumiyyətlə 6 ay ərzində bələdiyyənin sədrinin, sədr müavinləri, daimi komissiyaların sədrləri və şöbə müdirləri tərəfindən 351 nəfər vətəndaş qəbul edilmişdir.

Bələdiyyənin rəhbər işçiləri qəbul günləri və vaxtı haqqında məlumat bələdiyyənin inzibati binanın girişində lövhədə göstərilmişdir

əhali ilə informasiya mübadiləsi müasir standartlara uyğunlaşdırılması, bələdiyyənin işində şəffaflığın artırılması məqsədilə bələdiyyə “Facobook” öz səhifəsini aktifləşdirib. Səhifədə bələdiyyə haqqında məlumatlar mütəmadi olaraq yerləşdirilir.. Vətəndaşlar da internet ilə vasitəsi öz təklif, xahiş və iradlarını bələdiyyənin “Facebook” sosial şəbəkəsində olan  səhifəsində yerləşdirə bilərlər.

Təkcə iyun ayı ərzində 15 mindən artıq səhifəyə baxış olmuşdur. Bu da o deməkdir ki, bələdiyyənin fəaliyyəti sakinlərimiz tərəfindən maraqla qarşılanılır və izlənilir.

Binəqədi bələdiyyəsinin üzvləri və qulluqçular rayonumuzun siyasi-ictimai həyatında təşkil edilən kütləvi tədbirlərdə  fəal iştirak edirlər.

Bələdiyyədə artiq “Bələdiyyə saatı” keçirilir və bütün bələdiyyə qulluqçuları Respublıikamızın Prezidentin imzaladığı qanun, fərman. sərəncamları, eləcə də qəbullları barədə məlumatlandırılırlar.

Azərbaycan Respublikası Prezident Administrasiyasının tövsiyyələrinə əsaslanaraq rəsmi dövlət və iqtidaryönlü qəzetlərə abunə yazılışı edilmişdir. Bu məqsəd üçün 1667 manat vəsait xərclənmişdir

Bələdiyyəmizi təmsil edən rəhbər işçilrəi, bələdiyyə üzvləri, qulluqçuları bilik və təcrübəsinin artırılması üçün hesabat dövründə milli assosiyalar, ədliyyə Nazirliyinin bələdiyyələrlə iş Mərkəzinin və Prezident yanında idarəçilik Akademiyası tərəfindən təşkil edilən yığıncaqlarda, seminar, konfranslar və toplantılarında iştirak etmişlər.

Bələdiyyə qulluğunun nüfuzunun artması bələdiyyə rəhbərliyin ən ümdə məsələlərindən biridir. Bu sahədə tələblər yüksəlir. Artıq bələdiyyədə işə qəbul edilmək üçün müvafiq komissiya fəaliyyət göstərir. Son zamanlar işin öhdəsindən gələ bilməyən, etimadı doğrultmayan işçilər işdən azad olunub, yeni işçilər ilə əvəz olunublar. Bu tendensiya davam etdiriləcəkdir.

Bu günki hesabatımızda bələdiyyənin əsas istiqamətdə gördüyü işlər barədə sizə məlumat verilib.

Eyni zamanda bildirmək istəyiriki ki, işimizdə nöqsanlar var və biz onların aradan qaldırılması istiqamətində işlər görəcəyik.

əsas məqsədimiz yerli özünüidarəetmə qurumu kimi Sizlərə yardımcı olmağımızdır.

Artıq bu iclasda müzakirələr zaman səslənən təkliflər və iradlar qeydə alınıb və cari iş planlarımızda öz əksini tapacaqdır.

Sitarə Cabbarlı

Binəqədi rayonu

Binəqədi bələdiyyəsinin sədri                                                                         

 

 

ŞƏRHLƏR