Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər Komitəsinin, Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyalarının və Qəbələ Rayon icra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycanda yerli özünüidarəetmənin inkişafı: mövcud vəziyyət və perspektivlər” mövzusunda iki günlük konfrans keçiriləcək. Konfransın birinci günü rəsmi hissəsi, ikinci gün isə Qəbələdə fəaliyyətdə olan sahibkarlıq subyektlərinin fəaliyyətiylə tanışlıq keçiriləcəkdir.
Qeyd edək ki, birinci gün keçiriləcək tədbirdə ilk öncə Qəbələ şəhər Heydər əliyev Mərkəziylə tanışlıq olacaq, sonra tədbirin rəsmi hissəndə isə Qəbələ Rayon icra Hakimiyyətinin başçısı
Səbuhi Abdullayevin, Milli Məclisin Regional məsələlər Komitəsinin sədri Arif Rəhimzadənin, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Zahir əlizadənin çıxışları olacaqdır. Tədbirlə bağlı Belediyye.infoya məlumat verən Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyalarının əlaqələndiricisi Tofiq Həsənov bildirb ki, konfransda “Yerli vergi və ödənişlərin yığılması təcrübəsi, bu sahədə bələdiyyələrin üzləşdiyi problemlər mövzusunda Səbail bələdiyyəsinin sədri Firdovsi Cəbrayılovun, “Bələdiyyələrin fəaliyyətinin təşkilində informasiya kommunikasiya texnologilarından istifadə və kadr təminatı” mövzusunda Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Binəqədi rayonu Rəsulzadə bələdiyyəsinini sədri Hümbət Hüseynovun, “Bələdiyyə-vətəndaş münasibətlərinin inkişaf etdirilməsi, bələdiyyə fəaliyyətinin şəffaflığının və hesabatlılığının artırılması” mövzusunda Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri ,Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyevin geniş məruzələri olacaqdır.
“Bələdiyyələrin beynəlxalq əməkdaşlığı təcrübəsi, xarici dövlətlərin yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyət perspektivləri” mövzusunda isə Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyalarının əlaqələndiricisi Tofiq Həsənovun çıxışı olacaqdır.
Konfransda mövzular ətrfaında geniş müzakirələrin aparılması da nəzərdə tutulub.
Tədbirə Bakı, Sumqayıt, Gəncə, Abşeron, şəki, Zakatala, Qax, Balakən, Mingəçevir, Naftalan, ismayıllı, Göyçay, şamaxı, Ağsu, Ağdaş, Yevlax, şəmkir və Qəbələ rayon bələdiyyə sədrləri, habelə QHT və KiV təmsilçiləri dəvətlidirlər.
Belediyye.info
*****
Qəbələdə “Azərbaycanda yerli özünüidarəetmənin inkişafı: mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans keçiriləcək.
Dekabrın 7-də Qəbələ şəhərində Milli Məclisin Regional məsələlər komitəsinin, Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının və Qəbələ Rayon icra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycanda yerli özünüidarəetmənin inkişafı: mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans keçiriləcək.
Modern.az-ın məlumatına görə, tədbirdə “Yerli vergi və ödənişlərin yığılması təcrübəsi, bu sahədə bələdiyyələrin üzləşdiyi problemlər”, “Bələdiyyələrin fəaliyyətinin təşkilində informasiya-kommunikasiya texnologiyalarından istifadə və kadr təminatı”, “Bələdiyyə-vətəndaş münasibətlərinin inkişaf etdirilməsi, bələdiyyə fəaliyyətinin şəffaflığının və hesabatlılığının artırılması” barədə məruzələr dinləniləcək, mövzular ətrafında fikir mübadiləsi aparılacaq.
Konfransda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ərazi-təşkilat şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov,Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Zahir əlizadə və bələdiyyə sədrləri çıxış edəcək.
Azərbaycanda yerli özünüidarənin inkişafı sahəsində görülmüş işlər və qarşıda dayanan vəzifələr barədə fikirlərini bölüşəcəklər.