Hər il olduğu kimi bu ildə islam dünyasının müqəddəs bayramlarında olan Qurban bayramı Azərbaycanda da geniş şəkildə qeyd edilir. insanlar öz imkanları daxilində Allah tərəfindən Qurani-Kərimdə buyurulduğu kimi öz qurbanlarını kəsəcək və bayramlarını qeyd edəcəklər. Bəs görəsən bələdiyyələr bu bayramı necə qeyd edir?
Məsələ ilə bağlı belediyye.info saytına açıqlamasında Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib ki, hər il olduğu kimi bu ildə bələdiyyə olaraq müqəddəs bayram münasibətilə humanitar aksiya keçirilib. Onun sözlərinə görə, Nərimanov bələdiyyəsi tərəfindən 250 imkansız ailələrə, şəhid ailələrinə və bu kateqoriyadan olan sakinlərə qurban payları verilib: “Öz növbəmdə bir daha bu müqəddəs bayram münasibətilə bütün Azərbaycan xalqını, Nərimanov bələdiyyəsi ərazisində yaşayan sakinləri təbrik edirəm!”
Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov bildirib ki, bələdiyyə tərəfindən sosial layihələr həyata keçirilir: “Lakin bu il maddi imkanımız aşağı olduğu üçün Qurban bayramı münasibətilə xüsusi bir tədbir düzənləyə bilmədik. Ancaq qeyd etdiyim kimi sosial layihələrimiz var ki, bunun vasitəsilə mütəmadi imkansız ailələrə yardımlar edilir”.
Bəxtiyar Məmmədli