"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələr sosial şəbəkələrdə niyə görsənmir?

--2015-11-17 / 22:13

Hazırda Azərbaycanda formalaşan 1607 bələdiyyənin yalnız 51-nin Feysbukda səhifəsi vardır. Onlardan yalnız Binəqədi rayonun beş, Mərdəkan, Astara və Nəsimi bələdiyyələrinin səhifələri daha çox aktivdir. Bu səhifələrdə daimi olaraq sakinlər arasında maarifləndirmə və məlumatlandırma işləri həyata keçirilir.

Bu məlumatı “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyindən veriblər.

Məlumatda o da qeyd edilir ki, təşkilatın bu istiqamətdə apardığı araşdırmalar göstərir ki, bələdiyyələr virtual məkanda elə də aktiv görsənmirlər.

Bu gün hər bir bələdiyyədə müasir informasiya texnologiyalarına aid texnki təchizat olsa da onun internetə çıxışı və kompüterdən istifadə lazımi səviyyədə deyildir.

əlavə olaraq qeyd edək ki, hazırda ümumilikdə 58 bələdiyyənin internet resursu olsa da, onlardan yalnız Nəsimi, Nizami, Nərimanov, Rəsulzadə və  Mingəçevir bələdiyyəsinin saytları mütəmadi olaraq yenilənir.

Hazırda A.A.Bakıxanov bələdiyyəsinin ən müasir internet resursunun hazırlanmasına start verildiyi bildirilir.

Göründüyü kimi, sosial şəbəkələrdən istifadə pulsuz olsa da bələdiyyələr buna maraq göstərmirlər.

ictimai birlikdən bildiriblər ki, buna səbəb maliyyəsizlik və kadrların yetərincə olmamasıdır.

Belediyye.info

ŞƏRHLƏR