"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələr üçün daha bir metodik vəsait işıq üzü gördü

--2015-08-21 / 11:41

“Bələdiyyələrin  statusu: hüquq və vəzifələri” adlı metodik vəsait işıq üzü görüb. Metodik vəsait Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyəti (GiZ) tərəfindən “Yerli özünüidarəetmə proqramı” çərçivəsində həyata keçirilən layihənin tərkib hissəsi olaraq bələdiyyə təmsilçilərinin bilik və bacarıqlarının artırılması   məqsədiylə hazırlanmışdır. Mehdi Səlimzadə, Oruc Məmmədov və Qədir Xəlilovun   həmmüəllifliyi ilə çapa hazırlanan vəsaitin əsasını  milli və beynəlxalq hüquq normaları  və nəzəri müdəaları təşkil edir.

Qeyd edək ki, metodiki vəsaitdə nəzərdə tutulmuş məsələlər təcrübi  cəhətdən mühüm əhəmiyyət kəsb edir.  Bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları praktik fəaliyyətlərində rast gəldikləri məsələlərin  hüquqi həllində metodik vəsaitdən səmərəli şəkildə faydalana biləcəklər.

Belediyye.info

ŞƏRHLƏR