"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələr üçün yaradılmış əlverişli şəraitdən bizdə yararlanmalıyıq

--2019-01-31 / 15:44

Azərbaycan Respublikasının həyatına bütün sahələrdə yüksək tərəqqi və inkişaf ili kimi daxil olan 2018-ci il artıq başa catmışdır. Hazırda ölkəmiz özünün sosial-iqtisadi inkişafının yeni yüksəliş dövrünə qədəm qoymuşdur. Ümummilli Lider Heydər əliyev tərəfindən əsası qoyulmuş və bu gün onun siyasi kursunun layiqli davamçısı cənab Prezident ilham əliyev tərəfindən uğurla inkişaf etdirilən inkişaf strategiyası, eləcə də həyata keçirilən və insanların maddi rifah halının yüksəldilməsinə hesablanan çoxsaylı layihələr nəticəsində son illər böyük iqtisadi inkişafa nail olunmuşdur.

Möhtərəm Prezidentimizin yerli özünüidarəetmə ilə bağlı imzaladığı Sərəncamlar qanunvericilik bazasının təkmilləşdirilməsinə və bələdiyyələrin inkişaf etməsinə səbəb olmuşdur.

istər dövlət qurumları, istərsə də yerli özünüidarəetmə qurumları olsun, məqsəd xalqa səmərəli xidmət  göstərməkdir. “Biz hər birimiz xalqımızın xidmətindəyik” deyən möhtərəm Prezidentimiz cənab ilham əliyevin bu fikrini rəhbər tutaraq Bakıxanov bələdiyyəsi də daima ölkəmizdə və rayonumuzda gedən davamlı inkişafa layiq olmağa, görüləcək işlərin səmərəliliyini artırmaq məqsədi ilə öz işini zamanın tələblərinə uyğun formada qurmağa çalışır.

Bələdiyyələr üçün yaradılmış əlverişli şəraitdən yararlanaraq biz də qəsəbəmizin sosial-iqtisadi və ictimai həyatında fəal iştirak etməyə çalışırıq və fəaliyyətimizi əsasən əhalini narahat edən başlıca problemlərin həllinə yönəldirik.

iqtisadi bazanın möhkəmlənməsi inkişafa təkan verən əsas amillərdəndir. Bu səbəbdən də görüləcək işlərin səmərəliliyini artırmaq məqsədi ilə Bakıxanov bələdiyyəsi tərəfindən əvvəlki illərdə olduğu kimi 2018-cı ildə də Yerli büdcənin formalaşmasına, yerli vergi və ödənişlərin büdcəyə daxil olmasına xüsusi diqqət ayrılmışdır. ilk növbədə mövcud olan çətinliklər və problemlər müzakirə olunmuş, əhali arasında aparılan maarifləndirmə işləri bir qədər də gücləndirilmişdir. Yerli vergi və ödənişlərin vaxtında və tam həcmdə büdcəyə daxil olunmasını təmin etmək məqsədi ilə qəsəbə daxilində bir daha vergi ödəyicilərinin dəqiq uçotu aparılmış, əldə edilmiş məlumatlar “Yerli Vergi və Ödənişlərin Aftomatlaşdırılmış Məlumat Sistemi”nə daxil edilmişdir.

Vergidən yayınan vergi ödəyicilərinə qarşı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülmüşdür. Qeyd etməliyəm ki, görülən işlər öz müsbət nəticəsini verməkdədir.

Belə ki, 2018-cı ildə   Bakıxanov Bələdiyyəsinin Yerli büdcəsi Bələdiyyə müəssisəsi ilə birlikdə 575.000 manat təşkil etmişdir. Eyni zamanda hesab edirəm ki, işlərimizi bu ardıcıllıqla davam etdirəriksə bu il daha yaxşı nəticələr əldə edə bilərik. Artıq 2019-cu il üçün Bələdiyyənin Yerli büdcəsi 550 min manat təsdiqlənmişdir.

2018-cı ildə Bakıxanov bələdiyyəsi tərəfindən qəsəbənin hüdudları daxilində müxtəlif ünvanlarda abadlıq işləri aparılmışdır. Aparılan abadlıq işləri əsasən Yavər əliyev, Nazim ismayılov, Muxtar Fətəliyev, X. Xasməmmədov, Aşıq Pəri, əli Kərim, S. Mehmandarov, Leyla Məmmədbəyova küçələrini əhatə etmişdir. Ümumilikdə 2018-ci il ərzində görülən abadlıq işlərinə 227.958 manat vəsait xərclənilmişdir.

Eyni zamanda bələdiyyə tərəfindən qəsəbədə yaşayan aztəminatlı ailələrə bayram sovqatları verilmiş, müxtəlif təyinatlı aylıq və birdəfəlik yardımlar göstərilmiş, bu məqsədlə ümumilikdə 2.090 manat vəsait xərclənmişdir.

2018-ci ildə Bakıxanov bələdiyyəsinə müxtəlif məsələlərlə əlaqədar müraciət edən vətəndaşların sayı 30 nəfər, qəbula gələnlərin sayı 165 nəfər olub. əksər müraciətlər fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsiin ayrılması, digər müraciətlər isə maddi yardım göstərilməsi və məhəllədaxili yolların təmiri və abadlıq işlərinin görülməsi ilə əlaqədar olmuşdur.

Həm yerli büdcəyə daha çox vəsait cəlb etmək, həm də qəsəbə daxilində görülən abadlıq və yenidənqurma işlərinə dəstək olmaq məqsədi ilə “Bakıxanov Bələdiyyəsi Dizayn, Layihə, Təmir, Tikinti və Xidmət” MMC tərəfindən də bir sıra abadlıq-quruculuq və layihə-dizayn işləri görülmüşdür. Bələdiyyə müəssisəsinin fəaliyyəti büdcə vəsaitlərinin artması ilə yanaşı vətəndaş bələdiyyə əlaqələrini də möhkəmləndirir.

Görülən işlərin nəticəsi olaraq Sabunçu rayonu, o cümlədən Bakıxanov qəsəbəsi günü-gündən abadlaşır və yeni görkəm alır. Bakıxanov Bələdiyyəsi olaraq biz də öz növbəmizdə qəsəbəmizin abadlıq-quruculuq işlərində yaxından iştirak edirik, bundan sonra da bütün qüvvələrimizi bu istiqamətə sərf edəcəyik.

2019-cu ildə Bakıxanov Bələdiyyəsinin qarşısında bir sıra mühüm işlər durur. Qəbul edilmiş Tədbirlər Planına müvafiq olaraq qəsəbənin hüdudları daxilində müxtəlif üvvanlarda abadlıq və yaşıllaşdırma işlərinin aparılması nəzərdə tutulmuşdur. Həmçinin M. Fətəliyev küçəsi 68, 70 saylı binaların həyətində yerləşən mövcud Mərasim evi əsaslı təmir edilərək lazımi avadanlıqlarla təmin edildikdən sonra yerli sakinlərin istifadəsinə veriləcəkdir.

Eyni zamanda qəsəbə sakinlərini narahat edən problemlərin aradan qaldırılması üçün konkret işlər görməklə əhaliyə xidmətin səviyyəsini yüksəltmək Bakıxanov bələdiyyəsinin qarşısında duran mühüm vəzifələrdəndir.

Bakıxanov bələdiyyəsi rayonumuzun müvafiq qurumları ilə birlikdə qəsəbəmizin sosial-iqtisadi inkişafında və ictimai həyatında yaxından iştirak etməklə, qarşısında duran vəzifələrin öhdəsindən layiqincə gələcəkdir.  

Ramiz Nəsibov

Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin sədri

ŞƏRHLƏR