"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələr üçün yeni metodik vəsait işıq üzü görüb

--2015-07-19 / 16:47

 “Bələdiyyə büdcəsinin planlaşdırılması: şəffaflıq və hesabatlılıq” metodik vəsaitinin müəllifləri Mehdi Səlimzadə,  Səbuhi Yusifov və Qədir Xəlilovdur. Metodik vəsaitin hazırlanmasında əsas məqsəd yerli büdcə məsələləri, büdcə gəlir və  xərcləri, büdcə prosesi və bu prosesə vətəndaş cəmiyyətinin cəlb edilməsi, büdcənin tərtibi və icrasıyla bağlı nümunə, misal və cədvəllərdən istifadə olunmaqla izah edilməsidir. Bununla yanaşı metodik vəsaitdə bələdiyyələrdə şəffaf büdcə siyasəti, onun əhəmiyyəti, bələdiyyə büdcəsinə nəzarət, büdcənin auditi, monitorinqi və büdcənin təhlili kimi mövzular da işıqlandılrılmış və bu istiqamətdə müəyyən tövsiyyələr verilmişdir.

Almaniyanın Beynəlxalq əməkdaşlıq Agentliyinin (GiZ) maliyyə dəstəyilə nəşr olunan metodik vəsait  bələdiyyə üzvləri və qulluqçuları üçün nəzardə tutulub.

Qeyd edək ki, metodik vəsaitə rəyi iqtisadçı-ekspert  Zöhrab Fərəcov yazıb.

Belediyye.info

 

ŞƏRHLƏR