Yevlax bələdiyyəsi tərəfindən 2018-ci il ərzində görülmüş işlər haqqında, o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin istifadəsi haqqında hesabat verərək bildirirəm ki, Yevlax bələdiyyəsi öz fəaliyyətini “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri ilə yanaşı, həm də hər ilin əvvəlində özünün müvafiq qərarı ilə təsdiq etdiyi illik perspektiv iş planı əsasında tənzimləyir. Həmin iş planına görə ənənəvi olaraq “Yerli sosial məsələləri “ daimi komissiyyasının sahəsində mövcud vəziyyət həm yarımillik, həm də illik yekuna görə tərəfimizdən təhlil olunaraq gündəmə gətirilir, müzakirənin nəticəsi olaraq müvafiq qərarlar qəbul edilir.
2018-ci il ərzində Yevlax bələdiyyəsi öz səlahiyyətləri daxilində bir sıra tədbirləri həyata keçirmişdir. Hər ilin əvvəlində tərtib etdiyimiz fəaliyyət proqramına və iş planına əsasən bir çox işlər görülmüşdür.
2018-ci il ilin hesabat dövrü ərzində bələdiyyədə ümumilikdə 26 iclas keçirilərək buna uyğun 137 müvafiq qərarlar qəbul edilmiş və həmin qərarlar bələdiyyələrə inzibati nəzarəti həyata keçirən ədliyyə Nazirliyinin Bərdə Regional idarəsinə vaxtında təqdim olunmuşdur.
Hazırda Yevlax bələdiyyəsinin 17 nəfər üzvü vardır. Onlardan 7 nəfəri qadındır. Ümumilikdə 5 komissiyya fəaliyyət göstərir. Yaranmış problemlərin həlli ilə əlaqədar daimi komissiyalar sərbəst müzakirələr aparır, bələdiyyənin iclaslarına rəy və təkliflər verir, müzakirəyə çıxarılan məsələlərin hazırlanmasında birbaşa iştirak edirlər. Bunun üçün hər bir daimi komissiya öz fəaliyyətini daşıdığı ada uyğun sahələr üzrə istiqamətləndirir. Bələdiyyəmizin fəaliyyətində əsas məsələ sosial-iqtisadi problemlərin həlli məsələsidir. Elə bu səbəbdəndir ki, bələdiyyə ərazisində əhali ilə mütəmadi olaraq görüşlər keçiririk. Ağsaqqallar və ziyalılarla ictimai dinləmələr təşkil edirik. Ona görə də seçicilər tərəfindən qaldırılan məsələlərin həlli üçün bələdiyyə büdcəsinin formalaşmasına xüsusi diqqət yetiririk.
2018-ci ildə bələdiyyə büdcəsinə daxil olan vəsait – fiziki şəxslərin torpaq vergisindən 4026 manat, əmlak vergisindən 50341 manat, torpaq icarə haqqından 10807 manat, torpaq-alqı satqısından 50308 manat, maliyyə yardımı olaraq dövlət büdcəsindən ayrılan dotasiya isə 22000 manat olmuşdur. Hesabat ilində büdcənin mədaxil hissəsi 137484 manat olmuşdur.
2018-ci ildə büdcəmizin məxaric hissəsi 137411 manat olmuşdur. Belə ki, bu vəsaitin 60117 manatı əmək haqqına və əmək haqqına bərabər tutulmalara, 7335 manatı maddi yardıma, 49660 manatı abadlıq işlərinin aparılmasına, 20298 manatı inzibati idarəetmə xərcləri üçün xərclənmişdir.
Bələdiyyə mülkiyyətində 1 inzibati bina, «Müstəqillik», Dədə Qorqud, S.Vurğun adına, Dostluq və və Bələdiyyə parklarında 2 idman meydançası vardır. Yevlax bələdiyyəsi bu parklarda abadlığın qorunması, yeni yaşıllıqlar salınması, işıqlandırma sisteminin müntəzəm qaydada işləməsini daim nəzarətdə saxlayır.
Fəaliyyətimizdə vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması, onların qəbulu, əhali tərəfindən qaldırılan problemlərin qanun çərçivəsinə müvafiq həlli yollarının müəyyənləşdirilməsi və icrasının təmin edilməsinə Yevlax Bələdiyəsi diqqətlə yanaşır. imkansız ailələrin müraciəti nəzərə alınaraq onlara maddi köməklik göstərilmişdir. Yevlax bələdiyyəsinin icra aparatında vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri səviyyəsində təmin edilir.
Yevlax bələdiyyəsi hər zaman öz işlərini bələdiyyə-vətəndaş münasibətlərinin inkişafı istiqamətində qurur. Biz vətəndaşların ərizə və müraciətlərinə həsssaslıqla yanaşırıq. Bələdiyyə üzvlərimiz müraciət və şikayətlərə vaxtında baxır və bu missiyanı layiqincə davam etdirərək onların etimadını doğrultmaq niyyətindədir. Müxtəlif məsələləri əhatə edən bu müraciət və xahişləri çalışırıq ki, qanunvericiliyin tələb etdiyi qaydalara uyğun həll edək. 2018-ci il ilin hesabat dövrü ərzində vətəndaşlar tərəfindən 66 müxtəlif məzmunda müraciət daxil olmuş və öz həllini tapmışdır.
Hesabat dövründə 15 vətəndaş həyətyanı, 11 vətəndaş isə sahibkarlıq məqsədilə torpaq sahəsi ilə təmin olunmuşlar.
Göründüyü kimi ölkədə gedən sosial-iqtisadi inkişaf prossesində bələdiyyələrin inkişafına yaradılan şərait respublikamızın digər bələdiyyələri kimi, Yevlax Bələdiyyəsinə də öz əməli işi ilə demək imkanı yaratmışdır.
Sözsüz ki, şəhər bələdiyyəsinin planlaşdırdığı işlərin hamsını həyata keçirmək mümkün olmamışdır. Düzdür bələdiyyəmiz şəhərdə gedən abadlıq-quruculuq işlərində öz daxili imkanları hesabına əlindən gələni edir. Hələ ki, maliyyə imkanlarımız o qədər də güclü olmadığından daha iri həcmli işlərin görülməsi ilə bağlı layihələrə üstünlük verə bilmirik.
Sadaladığımız bütün bu işlərin həyata keçirilməsində bələdiyyə büdcəsinə vergi və ödənişlərin toplanmasında mövcud imkanlardan səmərəli istifadə olunması böyük rol oynamışdır. inanırıq ki, bələdiyyəmiz qarşıdakı illərdə mənafeyi naminə daha yüksək nailiyyətlər əldə edəcəklər.
Diqqətinizə çatdırım ki, digər yerli icra hakimiyyəti strukturları ilə yanaşı biz bələdiyyələrin qarşısında görməli işlər hələ kifayət qədərdir və bunlar əsasən sırf yerli sosial problemlərlə, o cümlədən ekoloji tarazlıq, içməli su, kommunal xidmətləri, idman, təhsil, səhiyyə və digər sahələrdəki mövcud çatışmamazlıqlarla bağlıdır. Yevlax rayonunda fəaliyyət göstərən rayonun Bələdiyyə sədrləri şurası həm şəhərin, həm də qəsəbə və kəndlərdəki mövcud problemləri vaxtaşırı gundəmə gətirərək əhalinin ən çox ehtiyac duyduğu tələblərin ödənilməsində şuranın səfərbəredici gücündən maksimum istifadə edir. Belə problemlərdən ən çox nəzərə çarpanı ekologiya ilə bağldır və bununla əlaqədar rayonun bütün bələdiyyələri öz səlahiyyətləri daxilindəvərayonunmemarlıq xidmətinin razılığı ilə sahibkarlıq və digər məqsədlər üçün torpaqayırmaları zamanı əsas diqqət çəkən şorakənd, qrunt sularının toplandığı və bataqlıq yarana biləcək ərazilər irəli çəkilməklə nisbi də olsa ekologiyanın tarazlığına yardım göstərirlər. Bu kimi işlər Yevlax şəhərində daha çox nəzərə çarpır.
Deməliyəm ki, regionların sosial-iqtisadi inkiqşafına dair Dövlət Proqramının start götürdüyü vaxtdan başlayaraq Aran iqtisadi rayonunun bir hissəsi olan Yevlaxda yerli özünüidarəetmə orqanı olan bələdiyyələr, o cümlədən şəhər bələdiyyəsi azad və sərbəst fəaliyyətini yönəltdiyi əsas istiqamət şəhərin abadlaşması, ekoloji tarazlığın yaranması, insanların maddi-mənəvi rifahına və sağlamlığına xidmət olmuşdur ki, bu baxımdan bir sıra nəticələr əldə edilmişdir. əlbəttə, Yevlax Bələdiyyəsinin gördüyü bütün işlər şəhər icra Hakimiyyətinin və onun müvafiq strukturlarının apardığı məqsədyönlü tədbirlərin əsas tərkib hissəsi olmaqla yalnız şəhərimizin başdan-başa abadlaşmasına xidmət göstərir. Yerli icra orqanları ilə qarşılıqlı əlaqələr nəticəsində mövcud olan problemlər öz həllini tapır.
Yerli bələdiyyələr yerli özünüidarəetmə orqanı olaraq yerli əhəmiyyətli məsələləri həll etmək vəzifələrini yerinə yetirir, yerli sosial-iqtisadi və ekoloji məsələlərin həlli istiqamətində proqramlar hazırlayır və öz imkanları daxilində qarşıya çıxan problemlərin aradan qaldırılmasında əlindən gələni əsirgəmir. Yevlax Bələdiyyəsi də öz növbəsində məhdud maliyyə imkanlarından səmərəli istifadə etməklə yerli əhaliyə kefiyyətli xidmətlər göstərməyə çalışmaqdadır. 2018-ci ilin büdcəsindən hesab edirəm ki, düzgün istifadə edilibdir. Yevlax Bələdiyyəsi olaraq biz daima əhalinin artan təlabatının ödənilməsini təmin edir, hər hansı problemin öz həllini tapmasını daim nəzərdə saxlayırıq. Bu gün bələdiyyənin ən böyük problemlərindən biri sakinlərlə ünsiyyət məsələsidir. Bu sahədə maariflənməyə çox böyük ehtiyac vardır. Bələdiyyə sakinləri bələdiyyənin gördüyü işlərdən xəbər tutsa da onun iş prinsipi haqqında elə də məlumatı yoxdur. əslində sakin öz bələdiyyəsini yaradır. Elə ona görə də yaranmış problemi sakinlərin iştiraki ilə həll etmək mümkündür. Burada bir vacib məsələ də var. Sakin bilməlidir ki, problemin aradan qaldırılması üçün vəsait lazımdır. Bu vəsaiti isə qanunvericiliyəuyğun olaraq bələdiyyə sakinlərinin ödəyəcəyi əmlak vergisi ilə formalaşır. Odur ki, hər bir sakin ilk növbədə öz öhdəliyini yerinə yetirməlidir. Lakin biz çalışırıq ki, maarifləndirmə prossesi daha çox həyata keçirilsin. Elə ona görə də respublikamızda qeyd olunan “ Demokratiya həftəsi “ bizdə də keçirilmişdir. “Açıq qapı “ günləri təşkil olunmuş, əhalinin təklif və şikayətləri dinlənilmiş, səlahiyyətimiz daxilində qaldırılan problemlər öz həllini tapmışdır. Çalışırıq ki, bu yöndə işlərimizi daha da fəallaşdıraq. Sakinlərlə bələdiyyə ünsiyyəti yetərincə formalaşsa qarşıya çıxan bütün problemlərin həlli mümkündür.
Hesabat şəhər sakinlərinin tanış edilməsi üçün çap edilərək əhalinin daha yaxşı görə biləcəyi yerlərdən asılır və əhalinin müzakirəsinə çıxarılması təmin edilir.
Dediklərimə onu da əlavə etmək istəyirəm ki, apardığımız məqsədyönlü tədbirlər yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin əhali arasında nüfuzunun artmasına nə qədər müsbət təsir göstərirsə bunun başlıca meyarı başda Möhtərəm Prezidentimiz ilham əliyev cənabları olmaqla dövlətimizin bizə göstərdiyi diqqət və qayğıdır.
Regionların sosil-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində rayonumuzun əldə etdiyi nəaliyyətləri yerli əhali birmənalı olaraq müsbət dəyərləndirir və razılıq ifadə edirlər. Biz gördüyümüz işlərlə arxayınlaşa bilmərik. Ölkə başçısı, möhtərəm prezidentimiz ilham əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişafa gündəlik işimizlə cavab verərək doğma Azərbaycanımızın müasirləşməsi yolunda əzmlə çalışmalıyıq bələdiyyələrinə uğurlar arzulayıram.
Elmi Səfərəliyev
Yevlax bələdiyyəsinin sədri