Məsələyə münasibət bildirən ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin aparıcı məsləhətçisi Bahadur Kərimov Belediyye.infoya açıqlamasında bildirib ki, yerli büdcə layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin bələdiyyə iclasına təqdim edildiyi günədək davam edir.
Yerli büdcə layihəsinin tərtibinə və bələdiyyə iclasına təqdim edilməsinə bələdiyyə sədri cavabdehdir və bu məqsədlə o, bələdiyyənin daimi və başqa komissiyalarını, bələdiyyə qulluqçularını və mütəxəssisləri cəlb edə bilər. Həmin Qanunun 10-cu maddəsinə əsasən növbəti büdcə ili üçün yerli büdcə haqqında qərar layihəsi müvafiq sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq bələdiyyə iclasının müzakirəsinə və təsdiqinə təqdim edilir. Yerli büdcənin layihəsi bələdiyyə iclasına təqdim edildiyi tarixdən 10 gün ərzində yerli əhalinin onunla tanış olması məqsədi ilə dərc edilir. Növbəti büdcə ili üzrə yerli büdcənin layihəsi bələdiyyə iclasında cari ilin dekabr ayının 20-dən gec olmayaraq təsdiq edilir.
Bəs bu gün 2016-cı ilin büdcəsi bələdiyyədə müzakirəsi hansı səviyyədədir?
Məsələyə münasibət bildirən Abşeron rayon Ceyranbatan bələdiyyəsinin sədri Cavanşir Zeynalovun Belediyye.infoya açıqlamasında bildirib ki, büdcə layihəsi bələdiyyənin bir neçə iclasında müzakirəyə çıxarılaraq dəqiqləşdirmələr aparılıb. Yaxın günlərdə büdcə layihəsinin son verisyasını təsdiq edəcəyik.
Ancaq ötən ildə büdcədə nəzərdə tutduğumuz məsələlərin demək olar ki, xeyli bir hissəsini həll edə bilməmişik. Müfəttişlərimiz əhaliyə bildirişləri paylasa da sakinlərimiz ödənişi etməyə maraqlı deyillər. Bələdiyyə aktıyla borclu sakinlər haqqında icra məmurlarına müraciətimizin isə hər hansı nəticəsi yoxdur.
Ceyranbatan qəsəbəsi ərazisində 1800 təsərrüfata aid mənzillərin demək olar ki, xeyli bir hissəsinin çıxarışı olmadığından onları vergiyə cəlb edə bilmirik. Cari ilin 10 ayı ərzində əhalidən vur-tut 15 min manat əmlak vergisi, 6 min manata torpaq vergisin toplamışıq.
Abşeron rayon Məhəmmədi bələdiyyəsinin sədri Vaqif Nəbiyev yerli büdcə layihəsini müzakirəyə hələ çıxarmadıqlarını bildirdi. Ötən ildə büdcədə nəzərdə tutduğumuz məsələlərin hamısını uğurla yerinə yetirdiyini qeyd edən sədr, yəqin dekabr ayı ərzində büdcəmizi də təsdiq edərik dedi.
Abşeron rayon Fatmayı bələdiyyəsinin sədri Hikmət Begiyevdə büdcə layihəsini müzakirəyə çıxarmadıqlarını dilə gətirdi. Cari ilin fevarından Torpaq və Xəritəçəkmə Komitəsinin ləgvindən sonra hər hansı alqı-satqı əməliyyatı aparılmadığından büdcəmizə maliyyə vəsaiti daxil olmayıb.
əməkhaqqıya görə kifayət qədər borc yarandığından DSMF bank hesabmıza “inkassa” qoyub. Sədrin sözlərinə görə, ərazidə 900 yaxın mənzil-təsərrüfat vardır ki, onlardan yığılan cüzi vergilərdə borcun silinməsinə gedir.
Göründüyü kimi, bələdiyyələr yerli büdcə layihəsinin nə bələdiyyə iclasında müzakirəsinə, nə də ictimai müzakirəsinə tələsmirlər. Daha dəqiq söyləsək heç başlamayıblar. Büdcə təsdiqinin son tarixi isə dekabrın ayının 20-də bitir.
Belediyye.info