Mövzuyla əlaqəli sorğumuzu davam etdiririk.
Məsələyə münasibət bildirən Qaradağ rayon Korgöz bələdiyyəsinin sədri Rövşən əbdülbağıyev bildirib ki, hələ ki bələdiyyəmizdə büdcənin müzakirəsi aparılmayıb. Amma ilkin olaraq noyabr ayında keçirilən iclasımızda qərara almışıq ki, növbəti iclasa qədər hər bir bələdiyyə üzvü öz təklif və tövsiyyələrini versin. Amma etiraf etməliyəm ki, nəzərdə tutduğumuz proqnozun demək olar ki, 25 %-ni yerinə yetirə bilməmişik.
Sədrin sözlərinə görə, buna səbəb ərazidə mövcud olan 680 təsərrüfatın 90% -nin hüquqi sənədinin olmamsıdır. Cəmi 5 nəfərin çıxarışı olduğu halda əhalidən əmlak və torpaq vergisini necə toplayaq. əlavə gəlir mənbəyimizdə yoxdur.
Amma qəsəbə sakinlərinin dəstəyi və bələdiyyənin daxili ilmkanları hesabına bir sıra layihələrə imza atmışıq. Qəsəbədə zibil tullantılarının daşınmasıyla bağlı bütün məsələləri bələdiyyəmiz həyata keçirir.
Bu günlərdə qəsəbənin mərkəzi hissəsində Qaradağ Rayon icra Hakmiyyətinin dəstəyi ilə 700kv/m sahəsi olan istirahət parkı istifadəyə veriləcəkdir.
Artıq parkda hazırlıq işlərini başa çatdırmışıq.
Maliyyə vəziyyətimizi düzəltmək üçün qanunlarda bir sıra düzəlişlərin edilməsinə ehtiyac olduğunu deyən bələdiyyə sədri əhali arsında maarifləndirmə işlərinə, o cümlədən sosial roliklərin televiziya vasitəsiylə verilməsinin də böyük əhəmiyyət daşıdığını bildirib.
Belediyye.info