Azərbaycan Respublikasının ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin, Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının birgə təşkilatçılığı və bir sıra bələdiyyələrin gənclərdən ibarət təmsilçilərinin iştirakı ilə “Bələdiyyələrdə gənclərlə iş komissiyalarının yaradılması” mövzusunda onlayn görüş keçirilmişdir.
Azərbaycan Respublikasının Milli Məclisinin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev, Gənclər və idman Komitəsinin üzvü Vüqar iskəndərov, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəis müavini Elmin Həsənov, Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov tədbirdə çıxış edərək Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti ilham əliyevin rəhbərliyi altında Vətən Müharibəsi zamanı 44 günlük hərbi əməliyyatlar dövründə hər bir azərbaycanlının, xüsusən də gənclərin milli birlik nümayiş etdirdiklərindən danışdılar. Ölkə başçısının respublikamızda apardığı çoxsahəli gənclər siyasətini, həmçinin bələdiyyə üzvlərinin qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələrinin gənclər tərəfindən daha səmərəli yerinə yetirilməsinin vacibliyini qeyd etdilər və gənclərlə iş komissiyalarının yaradılması ilə bağlı praktiki təkliflər verdilər.
Onlayn görüşdə yerli özünüidarəetməni təmsil edən gənc bələdiyyə üzvləri də yeni komissiyaların yaradılması və fəaliyyət istiqamətləri barədə fikir mübadiləsində fəal iştirak edərək bu təşəbbüsün zamanın tələbi olduğunu qeyd etdilər.
Müzakirələr zamanı beynəlxalq təcrübə, o cümlədən qardaş Türkiyə Respublikasının bələdiyyələrində gənclərin iştirak etdiyi tədbirlər barədə məlumat verildi.
Yekunda bildirildi ki, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi və Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları bələdiyyələrdə gənclərlə iş komissiyalarının yaradılması ilə bağlı maarifləndirmə tədbirlərini mütəmadi davam etdirəcəklər.
|
|
|
|
|
|
|
|
|
|