"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrdə ixtisar nədən yaranır?-CiDDi

--2016-08-14 / 19:12

Son günlər bələdiyyə qulluqçularının fəaliyyətlərinin  səmərəliliyini artırmaq, o cümlədən maliyyə xərclərini azaltmaq məqsədiylə  bir sıra bələdiyyələrdə ixtisarlar gerçəkləşdirilib.

“Bəs ixtisarların aparılması hansı səbəbdən yaranır” - sualını cavablandıran Sabunçu rayon Bakıxanov Bələdiyyəsinin sədri  Ramiz Nəsibov bildirib ki, inkişaf edən bələdiyyələrdə ixtisardan söhbət gedə bilməz:  ”Maliyyə imkanlarından istifadə edərək Bakıxanov bələdiyyəsi istehsal sahəsi yaratmaq təşəbbüsü ilə çıxış edib. Yaxın günlərdə bələdiyyə iclasında “bələdiyyə fabriki”nin yaradılması müzakirəyə çıxarılacaq.

Bu gün bələdiyyə sədrləri hər manatın qədrini bilməli, onu səmərəli şəkildə xərclənməsinə nail olmalı, çalışdıqları qədər büdcə gəlirlərini əlavə təsərrüfat fəaliyyətiylə zənginləşdirməlidirlər.

Bunun üçün dövlətimizdə bələdiyyələrə hər cür şərait yaradıb.”

Suraxanı rayon Qaraçuxur Bələdiyyəsinin sədri ixtiyar Nəcəfov isə bildirib ki, ixtisarlar adətən iqtisadi çətinliklər olanda və işçiyə tələbat olmayanda yaranır: ”Bu gün bizim də bir bələdiyyə olaraq iqtisadi çətinliyimiz olsa da bu addımı atmamışıq.

iqtisadi vəziyyəti düzəltmək üçün ixtisara əl atmağı çıxış yolu hesab etmirəm. Bizim əsas məqsədimiz yığılan vergilərdən səmərəli şəkildə istifadə etməkdir.”

Belediyye.info

ŞƏRHLƏR