Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqının yaydığı məlumata görə, sahə həmkarlar təşkilatı olaraq Ümumdünya insan Alverinə Qarşı Mübarizə günü münasibəti ilə üzv təşkilatlarda çoxsaylı maarifləndirmə tədbirləri keçirib.
Verilən məlumatda qeyd edilir ki, keçirilən tədbirlərdə insan alverinin qarşısının alınmasında, insan alveri qurbanlarının və potensial qurbanların müdafiəsində cəmiyyətin rolunun vacibliyi qeyd edilib.
Bununla yanaşı təşkialtın bügünlərdə yerli təşkiatlar arasında apardığı sorğular nəticəsində məlum olub ki, yerli özünüidarəetmə orqanlarında miqrantların əməyindən istifadə olunmur. Miqrantların əməyindən istifadə qaydaları ilə üzv təşkilatların rəhbərləri mütamadi olaraq məlumatlandırılır. Bununla yanaşı
yerli özünüidarəetmə orqanlarında bağlanmış kollektiv müqavilələrdə gender bərabərliyi, məşğulluq sahəsində ayrı-seçkiliyin yol verilməməsi öhdəliklərinin yerinə yetirilməsi üçün həmkarlar ittifaqı komitəsi bütün vasitələrdən istifadə edir.
Belediyye.info