Belediyye.infoya daxil olan məlumata görə, Binəqədi rayon bələdiyyələrində yaradılan ictimai-humanitar sektorların 2017-ci ilin tədbirlər planının müzakirəsi keçirilib. Keçirilən görüşdə Aparatın ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, şöbənin baş məsləhətçisi Leyla Kərimova, ictimai-humanitar sektorun rəhbərləri və Binəqədi rayon icra Hakimiyyətində təcrübədə olan ASAN könüllüləri iştirak ediblər.
Binəqədi RiH-in Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov Prezident ilham əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirilən fikirlərə toxunaraq, Azərbaycan Respublikasının Prezidenti ilham əliyevin rəhbərliyi ilə ölkədə gedən sosial-iqtisadi inkişafın 2016-cı ildə də davam etdiyini bildirib.
O həmçinin “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” və digər strateji əhəmiyyətli sənədlərin imzalanmasının ölkə iqtisadiyyatına mühüm töhfələri olacağını bildirib.
Daha sonra ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova 2016-cı il ərzində sektorun ictimai-siyasi və humanitar məsələlər şöbəsi ilə birgə keçirilən layihələri haqqında məruzə edib.
Sonra ictimai-humanitar sektorun rəhbərləri 2017-ci ildə həyata keçirəcəkləri layihələr haqqında çıxış ediblər.
Ümumillikdə, keçirilən görüşdə ictimai-humanitar sektorun fəaliyyət istiqamətlərinin genişləndirilməsi, dini radikalizm və ektremizmə qarşı effektiv tədbirlərin həyata keçirilməsi, PR və mətbuatla iş, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlarla işin koordinasiyalı qurulması və gənclərin asudə vaxtlarının səmərəli təşkili, sosial layihələrin keçirilməsi istiqamətində qarşılıqlı fikir mübadiləsi aparılmışdır.
Belediyye.info