Belediyye.infoya daxil olan məlumata görə, bu günlərdə Xəzər rayonu şağan bələdiyyyəsində sədr dəyişikliyi baş verib. Belə ki, bir müddət əvvəl sədr Nərminə əliyeva ailə vəziyyətiylə əlaqədar sədr vəzifəsindən istefa verib.
şağan bələdiyyəsinin iclasında bələdiyyənin sədr müavini Afiyyəddin Məmmədov səsçoxluğu ilə sədr vəzifəsinə seçilib.
Bundan xeyli əvvəl isə sədr dəyişikliyi Sabunçu rayonu Kürdəxanı bələdiyyəsində baş verib. Bələdiyyənin sədr müavini Sabir Dadaşov sədr, sədr vəzifəsinə icra edən xanım Heyran Kərimova isə sədr müavini vəzifəsinə seçilib.
Bələdiyyədə bu yerdəyişmənin hansı səbəbdən baş verməsi barədə açıqlama verilməyib.
Hər iki dəyişiklik və yerdəyişmə barəsində məlumatları bələdiyyələrdə təsdiq ediblər.
Belediyye.info