Aynur Axundova (Qobustan rayonu Cəyirli bələdiyyəsinin sədri)
“Bələdəyyə qəbulu demək olar ki, gündəlik təşkil olunmuşdur. Mən hər gün vətəndaşlarla birgə oluram. Müəllim çalışdığım məktəbdə valideynlər və muəllimlər hər gun onları maraqlandıran suallarla müraciət edirlər.
Bundan əlavə vətəndaşlarla birgə müraciət uyğun olaraq problemi həll etmək üçün gündəlik görüşlər keçrilir. Məsələn bu yaxınlarda 40 nəfər sakinlə birgə sahədə görüş keçirmişik, görüşdə sifahi xarakterli müraciətlər dinlənilmişdir.
Toplam üç ay ərzində yigcam 3 aya mən 100 dən çox vətəndaşın şifahi və yazlı xarakterli müraciətlərini dinləmişəm.”
ixtiyar Nəcəfov (Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinin sədri)
“Qaraçuxur bələdiyyəsində qəbul günü var, amma əməl etmirik, cünki istənilən vətəndaş istədiyi vaxt gəlir və bizdə qəbul edirik. Yanvar ayının birindən bu günə 126 vətəndaş qəbulumuzda olub.”
Arzu Qafarov (şəmkir rayonu, Çinarlı bələdiyyəsinin sədri)
“Bizdə hər gün qəbuldu şəxsən özüm qəbul edirəm. 10 nəfər yazili, 20 nəfər şifahi sorgularla. Hətta bələdiyyəyə aid olmayan müraciətlərdə olur ancaq hec vaxt vətəndaşa demirik ki, bu bizlik deyil. Kömək edirik.”
Jalə Tofiqqızı
(M.ə.Rəsulzadə bələdiyyəsi sədrinin köməkçisi)
“Bizdə sədrin qəbulu mütəmadi keçirilir. Hər gün sədrin qapısı vətəndaşların üzünə açıqdır. Bu günə qədər sədrin qəbulunda 74 nəfər vətəndaş olub.”
Elçin islam oğlu Alasiyev
(Zaqatala rayon Mosul bələdiyyəsinin sədri)
Mosul bələdiyyəsində vətəndaşların qəbulu qanun çərçivəsində təşkil olunub. Bələdiyyə sədrinin otağı qapının yanında qəbulla bağlı xüsusi lövhə asılıb. Lakin lövhədə qəbul günləri göstərilsə də sakinlər bələdiyyədə hər gün (bazar gün çıxmaq şərtilə) qəbul edilir.
Vətəndaşların qəbulu ilə bağlı vətəndaşlara heç bir məhdudiyyət qoyulmayıb. Sədrin qəbuluna gələnlərin qeydiyyatı vətəndaşların müraciət kitabında aparılır. Vətəndaşların qaldırdıqları məsələlər yerində həl olunan məsələləri yerində həl olunur və qalan məsələləri komissiyalarda araşdırılır, bələdiyyə iclarında müzakirəyə çıxarılır və müvafiq qərarlar qəbul olunur və lazım gəlsə vətəndaşa poçt vasitəsilə cavablandırılır. Birinci rübü ərzində bələdiyyənin sədri tərəfindən 56 nəfər qəbul edilib.”
Belediyye.info